Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi dərnək üzvlərinin iştirakı ilə “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar onlayn tədbir keçirilib.
Tədbiri Mərkəzin direktoru Nübar Allahverdiyeva açaraq iştirakçılara tarixə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü ilə bağlı ətraflı məlumat verib. Dərnək rəhbəri ümummili lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə qazandığı uğurlardan, Ümummilli liderin siyasi kursunun layiqincə davam etdirilməsindən danışıb.
Dərnək üzvləri ümummili liderimiz Heydər Əliyev və doğma Azərbaycanımıza həsr olunmuş şeirlər qiraət edib, mahnılar ifa ediblər.
Tədbirdə Mərkəzin dərnək rəhbərləri və dərnək üzvləri iştirak ediblər.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti