Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin abituriyentlərinin iştirakı ilə “Buraxılış və blok imtahanlarında olan dəyişikliklər və yeniliklər” mövzusunda onlayn maarifləndirici seminar keçirilib.
Tədbirdə 50-dən çox abituriyent iştirak edib.
Seminarın keçirilməsində məqsəd abituriyentlərin buraxılış və blok imtahanında olan dəyişikliklər və yeniliklərlə bağlı düzgün maarifləndirilməsi, imtahanda zamanın idarə olunması və suallara münasibət mövzusunda məlumatlandırmaqdan ibarətdir.
Seminarda çıxış edən Xok kənd tam orta məktəbinin direktoru Zal Rüstəmov cari tədris ilində buraxılış və blok imtahanlarında olan dəyişikliklər və yeniliklərdən söz açıb. Bildirib ki, həm buraxılış, həm də blok imtahanlarında martın 1-dən sonra tədris olunan mövzular çıxarılıb və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmayıb. Həmçinin buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydasında olan dəyişikliklər abituriyentlərin diqqətinə çatdırılıb. Eyni zamanda imtahanların sanitar-gigiyenik normalara uyğun təşkili, blok imtahanlarının əvvəlki illərdən fərqli olaraq iyul ayının 20-dən sonrakı dövrdə 1 dəfə keçirilməsi qeyd olunub.
Seminarda abituriyentlərə özünə inam, diqqət və konsentrasiya, stress, həyəcan, ümidsizlik, qərarsızlığın aradan qaldırılması, imtahan prosesinin idarə olunması, imtahan sonrası ixtisas seçimində düzgün seçim etmələri və s. kimi mövzular ətrafında da tövsiyələr verilib/
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti