• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün519
mod_vvisit_counterDünən1103
mod_vvisit_counterBu həftə8068
mod_vvisit_counterBu ay41527
mod_vvisit_counterÜmumi2750050

Tarix: 21 Sent., 2024

Təhsilə göstərilən dövlət qayğısı şagirdlərin uğurlarının artmasına geniş imkanlar açır

Bu gün muxtar respublikada təhsil sahəsində aparılan uğurlu islahatlar, təhsilin xüsusi diqqət və qayğı ilə əhatə olunması bu sahənin günü-gündən daha da inkişafına və gələcəyimiz olan yeniyetmələrin istedadlı və bilikli vətənpərvər kimi yetişmələrinə ən layiqli töhvəsini verməkdədir.

Muxtar respublikada istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını möhkəmlətmək üçün bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Xüsusi istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədilə olimpiadaların təşkil edilməsi məktəblilər arasında sağlam bilik rəqabəti və bunun sayəsində daha da yüksək nailiyyətlərin əldə olunması ilə nəticələnir.

Hər il olduğu kimi bu il də fənn olimpiadalarında məktəblilərimiz yüksək nailiyyətlər əldə etdilər. Bu il Respublika fənn olimpiadalarında muxtar respublika məktəbliləri 4 qızıl, 7 gümüş, 13 bürünc olmaqla 24 medal qazanıblar. Bu isə muxtar respublikada təhsilalanların uğurlarının ildən-ilə daha da yüksəldiyinin göstəricisidir.

2019-2020-ci tədris ili ərzində keçirilən Respublika fənn olimpiadalarında uğurları ilə seçilən və qızıl medala layiq görülən məktəblilərimizi tanıyaq

Bağırov Siyavuş Mehdi oğlu - 2003-cü il  avqustun 23-də Naxçıvan şəhərində anadan olub. 2009-cu il Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. Hazırda həmin məktəbin XI sinifini başa vurmağa hazırlaşan Siyavuş təhsil aldığı müddətdə dəfələrlə müxtəlif müsabiqələrdə iştirak etmiş və demək olar ki, qatıldığı hər müsabiqədən qalib ayrılmışdır. IX sinfi fərqlənmə attestatı  ilə bitirən Siyavuşun adı  Ali Məclis Sədrinin 24 iyun 2019-cu il Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınmış, Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür.

İlk dəfə VIII sinifdə oxuyarkən olimpiadaya qatılmış, riyaziyyat fənnindən I yerə layiq görülmüş, X-XI siniflərdə Muxtar Respublika fənn olimpiadasında tarix fənni üzrə iki dəfə I, Respublika fənn olimpiadasında isə tarix fənni üzrə ilk dəfə gümüş, ikinci dəfə isə qızıl medal qazanmışdır.

“Xəmsə” və “Nuh Yurdu” intellektual oyunlarında dəfələrlə iştirak etmiş, məktəb kollektivi ilə iki dəfə Muxtar Respublika Çempionu, bir neçə dəfə isə Şəhər Çempionu olmuşdur. 3 il davamlı olaraq muxtar respublikanı Bakıda “Xəmsə” yarışı üzrə təmsil etmiş, iştirak etdiyi komanda 2019-cu ilin dekabr ayında Azərbaycandakı 100-dən çox komanda arasında “İlin Ən Yaxşı Klubu” adına layiq görülmüşdür.

Muxtar respublikada yeniyetmələr arasında ilk dəfə keçirilən “Breyn-Rinq” intellektual oyununda I yerə çıxaraq Muxtar Respublika Çempionu adını almışdır.

İlk dəfə öz sinif yoldaşı Araz Qulusoyla birlikdə “Sabahın alimləri” IX Respublika müsabiqəsində muxtar respublikanı təmsil etmiş, hazırladıqları layihə Elmi Ekspertiza Komitəsi tərəfindən III yerə layiq görülmüşdür.

2014-cü il may ayında ümummilli lider Heydər Əliyevin 91 illik xatirəsinə həsr olunmuş “Naxçıvan Open” şahmat festivalında iştirak etmiş, ikinci yerə layiq görülmüşdür.

Cahangirli Həsən Rəşid oğlu - 2003-cü il iyunun 24-də Naxçıvan şəhərində anadan olub. 2009-cu il Naxçıvan şəhər Cəmşid Naxçıvanski adına 11 nömrəli tam orta məktəbin I sinfinə daxil olub, bu il isə həmin məktəbin məzunudur.

Öz həmyaşıdları arasında yaradıcı təfəkkürü və dəqiq elmlərə olan marağı, bilik və bacarığı ilə hər zaman fərqlənmiş, bir çox bilik yarışlarında, intellektual oyunlarda da oxuduğu məktəbi yüksək səviyyədə təmsil etmişdir.

Riyaziyyat fənni ilə bağlı muxtar respublikada keçirilən bilik yarışlarında, fənn olimpiadalarında dəfələrlə yer qazanmış, diplomlarla təltif edilmiş, 2017-ci il fevral ayında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Muxtar Respublika fənn olimpiadasında fizika fənni üzrə VIII sinif şagirdləri arasında II yerə layiq görülmüşdür. Elə həmin il dekabr ayında Naxçıvan MuxtarRespublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ”Məktəblillərin fənn olimpiadası”nda riyaziyyat fənni üzrə IX sinif şagirdləri arasında II yerə, 2019-cu il məktəblilərin Muxtar Respublika fənn olimpiadasında X sinif şagirdləri arasında riyaziyyat fənni üzrə III yerə, növbəti məktəblilərin Muxtar Respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə isə XI sinif şagirdləri arasında I yerə layiq görülmüş, diplomla təltif olunmuşdur.

2020-ci il iyun ayında keçirilən Respublika fənn olimpiadasının final mərhələsində uğurla iştirak etmiş və riyaziyyat fənni üzrə I yerin qalibi olaraq qızıl medala layiq görülmüşdür.

Eyni zamanda, şahmat üzrə Naxçıvan şəhər birinciliyində dəfələrlə iştirak etmiş, I və II yerlərə layiq görülərək diplomlarla təltif olunmuşdur.

2019-cu il Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən muxtar respublikanın IX-XI sinif şagirdləri arasında keçirilən “İnteqrasiya İnteqrativ-İntellektual Oyunu” üzrə “Muxtariyyət Kuboku” uğrunda yarışda III yerə, elə həmin il dekabr ayında “Muxtariyyət Kuboku” uğrunda Naxçıvan şəhər məktəbliləri arasında keçirilən seçimdə I yerə, 2020-ci il fevral ayında Naxçıvan şəhərində yeniyetmələr arasında keçirilən ”İntellektual Oyunlar Olimpiadası”nın şəhər birinciliyində isə “Poliqon” Strateji İtellektual Oyunu üzrə III yerə layiq görülmüşdür.

Məktəblilər üçün keçirilən test-sınaq imtahanlarında dəfələrlə yüksək nəticələr əldə etmiş, məktəbdaxili keçirilən bilik yarışlarında öz həmyaşıdlarından  fərqli olaraq bilik və bacarıqlarını sərbəst şəkildə nümayiş etdirdiyinə görə məktəb rəhbərliyi tərəfindən də dəfələrlə diplomlara layiq görülmüşdür.

Həsənov Nəriman Pərviz oğlu - 2003-cü il fevralın 27-də Ordubad rayonunda anadan olub. 2009-cu il Ordubad rayonu Nüsnüs kənd tam orta məktəbinə daxil olmuş, bu il isə həmin məktəbdən məzun olur. Bu günə kimi istər məktəbdaxili, istərsə də məktəblərarası bilik yarışlarında fəal iştirakı ilə seçilmiş, keçirilən sınaq imtahanlarında hər zaman yüksək nəticələr əldə etmiş, Muxtar Respublika fənn olimpiadalarında biologiya fənni üzrə bütün mərhələlərdən birincilik əldə etmişdir. İstedadlı yeniyetmə ötən il rayonda keçirilən məktəblərarası “Xəmsə” yarışmasında iştirak etdiyi komanda ilə birlikdə I yeri qazanmış və birinciliklə ayrılmışdır.

Respublika fənn olimpiadasında biologiya fənni üzrə yarımfinal və final turlarında I yerin qalibi olaraq qızıl medala layiq görülmüşdür.

Əlizadə Nicat Məmməd oğlu - 2005-il mayın 24-də Sədərək rayonu Sədərək kəndində anadan olub. 2011-ci ildə Sədərək rayonu Heydərabad qəsəbə tam orta məktəbinin I sinifinə daxil olub, 2017-ci il Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanında yüksək nəticə göstərmiş, VII sinifdən təhsilini liseydə davam etdirir və hazırda həmin liseyin IX sinifini bitirib.

İstər əvvəl təhsil aldığı Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində, istərsə də təhsilini davam etdirdiyi Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə hər zaman öz nailiyyətləri ilə seçilmiş, 2017-ci ildə liseyin VII sinifində təhsil alarkən, muxtar respublika sınaq imtahanlarında 670 balla II yerə, 2018-ci ildə isə eyni adlı sınaq imtahanlarında 674 balla II yerə layiq görülmüş, 2019-cu ildə isə Muxtar Respublika fənn olimpiadasında II yeri tutaraq diplomla təltif edilmişdir. Bu tədris ili ilk dəfə keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında II, Respublika fənn olimpiadasının riyaziyyat fənni üzrə final turunda isə I yerin qalibi olmuşdur. Bundan başqa başa vurduğumuz tədris ili ərzində keçirilən IX sinif üzrə buraxılış imtahanında da  yüksək nəticə əldə etmişdir.

Son illər muxtar respublika məktəbliləri istər ölkədaxili, istərsə də beynəlxalq səviyyəli müxtəlif növ yarışlarda xüsusi fəallıqları ilə seçilirlər. Bütün bunlar isə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün yaradılan əlverişli şəraitin və ümumiyyətlə muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Qarşıda məzunları qəbul imtahanları gözləyir, inanırıq ki, bütün bu nailiyyətlərin nəticəsi olaraq bu günün qızıl medal mükafatçıları qəbul imtahanlarında da yüksək nəticələri ilə birinci olacaq, dövlətə, millətə xeyirli vətəndaş kimi formalaşacaq, muxtar respublikamızı və təhsil aldıqları məktəbləri layiqli təmsil edəcəklər.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg