Şahbuz Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Şahbuz Rayon Uşaq Gənclər Şahmat Məktəbində rayonun ümumtəhsil məktəblərinin istedadlı şagirdləri arasında şahmat yarışı keçirilib. Yarış İsveçrə sistemi üzrə 5 turdan ibarət olub.
Yarışın keçirilməsində əsas məqsəd şahmat idman növünün inkişafı və istedadlı şahmatçıların üzə çıxarılmasından ibarət olmuşdur. Gərgin mübarizə şəraitində keçən yarışda Fatimə Yusifli I yerə, Şahin Əliyev II yerə, Mövlud Süleymanlı isə III yerə layiq görülüb.
Sonda qaliblər mükafatlandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti