• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün90
mod_vvisit_counterDünən1651
mod_vvisit_counterBu həftə1741
mod_vvisit_counterBu ay23446
mod_vvisit_counterÜmumi2852605

Tarix: 11 Noy., 2024

Rənglərin su ilə rəqsindən yaranan sənət: ebru

Bu günə kimi dünyada mövcud olan fərqli, müxtəlif incəsənət növlərinin bəziləri unudulmuş, bəziləri dəyişilmiş, bəziləri isə öz ömrünü yaşamaqda, insanların zövqünü oxşamaqdadır.

Haqqında söz açacağımız ebru sənətinin də əvvəlcə unudulduğunu, sonra isə yenidən yaşadılmağa başladığını deyə bilərik. Bu sənət növü hazırda muxtar respublikamızda maraqdoğuran sahələrdən birinə çevrilib.

Diyarımızda istedadlı uşaqların əl işlərindən ibarətsənət nümunələrinin kataloqu ilə tanış olarkən ön səhifələrdə yer alan bu sənət nümunələri çox füsunkar görünüşü ilə marağıma səbəb oldu. Gözəl əl işlərilə kataloqun bəzəyi olan bu nümunələri yaradan Zəhra Xəlilovanı tanımaq və sizə də tanıtmaq istədim. Elə bu səbəbdən bu istedadlı balamızın Ebru sənətinə yiyələndiyi Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə yollandım. Ebru sənəti dərnəyinin rəhbəri Ramilə Bağırovaya gəlişimin səbəbini söylədim və bu sənət növü həm də Zəhranın yaradıcılıq istedadı ilə bağlı öyrənmək istədiyim sualları ona ünvanladım. Müsahibimin dediklərindən:

– Ebru çox maraqlı və zövqlü sənət hesab edilir. İlk olaraq qeyd edək ki, burada tamamilə təbii materiallardan istifadə olunur. Rəsm qatılaşdırılmış su üzərində çəkilir. Boyalar göyqurşağı kimi bir-birinə qarışmır və onun yapışqanlıq xüsusiyyətini təmin edir. Qatılaşdırılmış su “gəvən” adlanan təbii tikan otunun köməyi ilə alınır. Gəvən kolunun gövdəsində nişastaya oxşayan maddə var ki, ondan istifadə etməklə su qatılaşdırıldıqda boyalar suyun üzərinə dağılmır. Suyun hazırlanmasında həm də yosundan, heyvanın toxumlarından istifadə olunur. Rəsmi çəkən zaman suyun üstünə toz qonmamasına diqqət etmək lazımdır. Bu zaman suyun üzərinə tökülən boyaları fırça ilə lazımi formaya salmaq çətinləşir və rəsmin keyfiyyəti itir. Su üzərində rəsm çəkmək yalnız soyuq hava şəraitində mümkündür. Çünki ebrunun üzərində çəkiləcəyi su ilıq olduqda rənglərsəth üzərində bir-birinə qarışır.

Müsahibimin sözlərinə görə, ebrunun boyaları, əsasən, torpaqdan hazırlanır. Onun tərkibinə inəyin ödü qatılır ki, boya həm incəlsin, həm də suyun üzərində açılsın. Su üzərindəki boyalara müxtəlif forma verən fırça isə at tükündən əldə edilir. Fırçanın gövdəsi isə müxtəlif güllərin budaqlarından hazırlanır. Bu sənətlə məşğulsansa, gərək çox diqqətcil və dəqiq olasan, çünki çox güclü sənətkar olsan belə, sənin bir sıxıntın, emosiyaların varsa, bu, mütləq suya təsir edir. Ani bir hərəkət, hətta suyun rənglərini belə, dəyişir. Ebru bunları qəbul etmir, pozitiv, müsbət duyğularla həmahəngdir. Sənətin özünəməxsus cəhəti də elə budur.

Öyrəndik ki, 2019-cu ilin oktyabr ayında Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin tapşırığına əsasən adıçəkilən mərkəzdə robotexnika, memarlıq-dizayn, xalçaçılıq, gimnastika kimi yeni yaradılan innovativ dərnəklər içərisində Ebru sənəti dərnəyi də yer alıb. Dövlətimizin qayğısı ilə unudulmaqda olan bu sənətin uşaqlara tədris edilməsi üçün hər cürşərait yaradılıb. Hazırda dərnəkdə 20 uşaq var. Naxçıvan Qarnizonu tam orta məktəbinin V sinif şagirdi Zəhra Xəlilova da yaradıcılıq qabiliyyəti ilə seçilənlər sırasındadır.

Ramilə Bağırova onu da qeyd etdi ki, ötən il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunan ustad dərslərində iştirak edən şagirdlərin əl işlərindən ibarət “Balaca istedadlar” adlı sərgi-müsabiqə keçirilib. Sərgidə gözəlliyi və özünəməxsusluğu ilə seçilən “Şaxta baba” adlı əl işi ilə birinci yerə layiq görülən Zəhra Xəlilova Rəssamlar Birliyinin diplomu ilə təltif edilib. Mərkəzdə, Ebru sənəti dərnəyi üzvlərinin əl işlərindən ibarət təşkil edilmş “Təkrarolunmaz rənglər” adlı sərgi zamanı diplomla təltif edilən dərnək üzvlərinin arasında Zəhra da yer alıb.

Dərnək rəhbərinə Zəhra ilə yaxından tanış olmaq istədiyimi bildirdim. O, arzumu yerinə yetirdi. Balaca müsahibimin söhbətini olduğu kimi qələmə aldım:

– Naxçıvan Qarnizonu tam orta məktəbində təhsil alıram. Əl qabiliyyətimin olduğunu görən valideynlərim məni Heydər Əliyev UşaqGənclərYaradıcılıq MərkəzindəRəsm dərnəyinə yazdırdılar. Ötən il yaradılan yeni dərnəyə sinif yoldaşlarım da gedirdi. Mən də onlar işlədikcə heyranlıqla baxırdım. Rənglərin su ilə rəqsi çox xoşuma gəlirdi və bunu biranlıq maraqlı bir əyləncə, oyun oynamaq kimi düşünürdüm.Bu sənətə marağım da beləcə yarandı. Həvəsimin olduğunu görən valideynlərimin məsləhəti ilə Ebru dərnəyinə keçdim. Artıq bu sənətin sirlərini Ramilə müəllimənin köməyi ilə öyrənməkdəyəm. Ebru sənəti çətin olmasına baxmayaraq,sevərək şəkillər çəkirəm. Bu sənətlə məşğul olmağı gələcəkdə də davam etdirmək arzusundayam.

Biz də inanırıq ki, bu istedadlı qızımız gələcəkdə yaratdığı sənət nümunələri ilə muxtar respublikamızı beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edəcək.

Türkan HÜSEYNLİ


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg