22 iyun 2020-ci il tarixdə Sədərək Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Sədərək rayon 1 nömrəli tam orta məktəbdə rayon ümumtəhsil məktəblərinin qız şagirdləri arasında yüngül atletika üzrə rayon birinciliyi keçirilib.
Yarış başlamazdan əvvəl Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə çıxış edərək tədbirin mahiyyəti haqqında şagirdlərə məlumat verib və onlara uğurlar arzulayıb. Sonra yarışa start verilib. Qeyd edək ki, birincilikdə 10 şagird iştirak edib.
Yarışın yekun nəticələrinə görə Aysu Abbasova I, Nərminə Əliyeva II, Gülnarə Şirəliyeva III yerə layiq görülüb. Qaliblər diplom və fəxri fərmanla mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti