Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəbləri tərəfindən “26 İyun-Silahlı Qüvvələr Günü”nə həsr olunmuş onlayn tədbirlər keçirilir.
Bu gün rayon Təhsil Şöbəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin qızlardan ibarət basketbol qrupları arasında “26 İyun-Silahlı Qüvvələr Günü”nə həsr olunmuş basketbol yarışı keçirilib.
Gərgin keçən oyunun sonunda Ordubad şəhər 3 nömrəli tam orta məktəbin komandası Gənzə kənd tam orta məktəbinin komandasına 25-18 hesabı ilə qalib gəlib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti