• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün546
mod_vvisit_counterDünən1103
mod_vvisit_counterBu həftə8095
mod_vvisit_counterBu ay41554
mod_vvisit_counterÜmumi2750077

Tarix: 21 Sent., 2024

Şahmat üzrə rayon birinciliyi keçirilib

Kəngərli Rayon Təhsil Şöbəsi, Uşaq Gənclər Şahmat Məktəbi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” münasibətilə 12 yaşadək məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsində məqsəd məktəblilər arasında bacarıqlı və istedadlı şahmatçıları üzə çıxarmaq, şahmat oyununu daha da kütləviləşdirmək, şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətdir.

Tədbirdə Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Əli Hüseynzadə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından danışıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, silahlı qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb.

Yarış şahmatçılar arasında sosial məsafə normaları gözlənilməklə 5 turdan ibarət “İsveçrə” sistemi üzrə təşkil edilib.

Yarışın yekun nəticələrinə əsasən 12 yaşadək qızlar arasında Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Rzalı Məhcəbin I, Qabıllı kənd tam orta məktəbinin şagirdi Məmmədova Pəri II, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Rzayeva Sara isə III yerə layiq görülüb. 12 yaşadək oğlanlar arasında isə Qabıllı kənd tam orta məktəbinin şagirdi Əsgərov Uğur I, Xok kənd tam orta məktəbinin şagirdi Abdullayev Əbdüləzim II və Şahtaxtı kənd tam orta məktəbinin şagirdi Seyidli Kənan isə III yerə layiq görülüb.

Yarışın qalibləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg