Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Ordubad Rayon bölməsi, Ordubad Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ordubad Rayon Şahmat Məktəbində “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” ilə əlaqədar rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Yarışın nəticələrinə əsasən Uğur Həsənli I yerə, Zaur Babayev II yerə, ZərrinMəmmədli isə III yerə layiq görülüb.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Bundan əlavə Ordubad Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzin “Rəsm” dərnəyinin şagirdləri arasında “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü”nə həsr olunmuş “Vətənpərvərlik” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Açıq səma altında təşkil olunan müsabiqəyə başlamazdan öncə Mərkəzin direktoru Nicat Qafarov Milli Ordunun yaranması və ordu quruculuğu mövzusunda çıxış edib.
Şagirdlərin rəsmlərində “Ordumuz qürurumuzdur” və “Vətən sevgisi” öz əksini tapıb.
Sonda bacarığı ilə fərqlənən şagirdlərə Mərkəzin diplomları təqdim olunub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti