• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün186
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə8466
mod_vvisit_counterBu ay22234
mod_vvisit_counterÜmumi2539050

Tarix: 19 May, 2024

2 məktəb və 3 müəllim Təhsildə inkişaf və innovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olub

Muxtar respublikada təhsilin inkişafı və tədrisin müasirləşdirilməsi xüsusi dövlət qayğısı ilə əhatə olunmuşdur. Təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilmiş, 200-dən çox müasir standartlara cavab verən təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Ümumtəhsil məktəblərində yaradılan şərait tədrisin səviyyəsini yüksəltmiş şagird və müəllim fəallığını artırmış, müxtəlif səpkili müsabiqələrdə iştiraka geniş imkanlar açmışdır.

Bu il ilk dəfə olaraq Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin müəllimləri də uğurla iştirak edərək qalib olmuşdur. Dövlət ümumi təhsil müəssisələri və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün nəzərdə tutulmuş və 9 prioritet istiqamətdə müəyyən edilmiş IV Qrant müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrinin və təhsilverənlərin fəaliyyətində inkişafı dəstəkləmək, onların innovativ fəaliyyətini stimullaşdırmaq və təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir.

Bu gün IV Qrant müsabiqəsində muxtar respublikadan qalib olan 2 məktəb və 3 müəllimin layihəsinin Təhsil Nazirliyində təqdimatı keçirilib.

Təqdimatda çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, muxtar respublikada təhsilin keyfiyyətinin artırılması təkcə məktəblərdə aparılan quruculuq işləri ilə yekunlaşmamış, müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması da daim diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən, müəllimlərin həftəlik dərs yükü və vəzifə maaşının artırılması muxtar respublikada müəllim nüfuzunun yüksəldilməsinə, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə mühüm təsir göstərmişdir. Bilikli, yüksək intellektual səviyyəyə malik gənc müəllimlərin işlə təminatı da diqqətdə saxlanılmış, göstərilən dövlət qayğısı sayəsində Naxçıvan Muxtar Respublikasında öz sənətini sevən kifayət qədər peşəkar müəllim formalaşmış, bu peşəyə maraq artmışdır. Bütün bunlar isə muxtar respublika müəllimlərinin səmərəli fəaliyyətinə geniş imkanlar açmışdır. Bununla yanaşı, Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq muxtar respublika müəllimlərinin konfransları keçirilmiş, ixtisasartırma və təlim kursları təşkil edilmişdir. Həyata keçirilən tədbirlər müəllim nüfuzunun artırılması ilə yanaşı onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirmiş, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olmuşdur.

Nazir bildirib ki, son  illər ölkəmizin təhsil sistemində aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2017-ci ildən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Bu il artıq dördüncü dəfədir keçirilən müsabiqə muxtar respublikada da ümumi təhsil müəssisələri və müəllimlərin bu sahədə xüsusi fəallığına səbəb olmuş, bu müsabiqədə ilk dəfə olaraq muxtar respublika ümumtəhsil məktəbləri də iştirak etmişdir.  Muxtar respublika ümumtəhsil məktəblərinin ilk dəfə müsabiqədə iştirak etməsinə baxmayaraq ümumi təhsil müəssisələri kateqoriyası üzrə 2, fərdi kateqoriya üzrə isə 3 olmaqla ümumilikdə 5 layihə qalib olub. Muxtar respublika ümumi təhsil müəssisələri üzrə qəbul edilmiş layihələr yeni tədris ilindən həyata keçiriləcək. Layihələr 3-12 ay müddətində icra ediləcəkdir.  Nazir layihələrin vaxtında icra edilməsini, ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə ciddi nəzarət olunacağını bildirmişdir.

Daha sonra qaliblər layihələrinin qısa məzmunu, hansı tarixlərdə və necə həyata keçirəcəkləri barədə məlumat verdilər.

Qeyd edək ki, fərdi kateqoriya üzrə qalib olan layihələr “Güvənək və güclənək” şagirdlər və valideynlər üçün psixoemosional davamlılıq üzrə maariflənmənin və psixoloji xidmət dəstəyinin təşkili” (Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin müəllimi Gülxarə Tarverdiyeva), “Ümumtəhsil məktəblərinin ibtidai təhsil səviyyəsində alqoritimləşdirmə və proqramlaşdırma təfəkkürünün formalaşması” (Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin müəllimi Nazim Rəhimov) və “TİMMS, PISA, PİRLS kimi beynəlxalq qiymətləndirmələrin təbliği və təcrübələrin bölüşdürülməsi” (Culfa rayon Göydərə kənd tam orta məktəbin müəllimi Asudə Məmmədova), ümumi təhsil kateqoriyası üzrə qalib layihələr isə “STEAM Naxçıvanda” (Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey) və ““Vətənimizə xidmət edək” – şagirdlərin azərbaycançılıq məfkurəsi və vətənpərvərlik ruhunda tərbiyəsi kompaniyalarının keçirilməsi, hərbi hazırlıq dərslərinə innovativ yanaşma”dır (Naxçıvan Qarnizonu tam orta məktəbi).

Sonda qaliblər Təhsil naziri Rəhman Məmmədov tərəfindən plaket və hədiyyələrlə mükafatlandırıldılar.

Qrant müsabiqəsi üzrə prioritet hesab olunan istiqamətlərdən ən önəmli faktor həmin istiqamətlərdə həyata keçiriləcək layihənin məktəb mühitinə və pedaqoji işçilərin inkişafına müsbət təsir göstərə bilməsidir. İnanırıq ki, qalib olmuş layihələrin mövzularının həm məktəbə, həm pedaqoji heyətə, həm də təhsilalanlara faydası böyük olacaqdır. Çünki layihələrin mövzuları ümumtəhsil mühiti üçün əhəmiyyətli və olduqca da aktual hesab edilir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg