Sədərək Rayon Təhsil Şöbəsi tərəfindən buraxılış imtahanlarında iştirak edəcək nəzarətçi müəllimlərlə onlayn seminar keçirilib. Seminarda Təhsil şöbəsinin əməkdaşları və 14 nəzarətçi müəllim iştirak edib.
Diqqətə çatırılıb ki, bütün sənəd verən şagirdlərimiz üçün Naxçıvan Muxtar Respublikasında 3 iyul 2020-ci il tarixdə buraxılış və qəbul imtahanları keçiriləcəkdir.
Seminarda çıxış edən Təhsil Şöbəsinin müdiri Malik İsmayılov nəzarətçi müəllimlərə öz işlərində məsuliyyətli olmağı, verilmiş təlimata uyğun imtahan qaydalarına əməl etməyi tövsiyə edib.
Sonda nəzarətçi müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti