• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün10
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə10
mod_vvisit_counterBu ay22058
mod_vvisit_counterÜmumi2538874

Tarix: 19 May, 2024

Növbəti buraxılış (qəbul) imtahanları keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın 16 şəhər və rayonunda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilib.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Bugünkü imtahanlarda, ümumilikdə, 15 min 526 nəfər abituriyent  iştirak edib. İmtahanların təşkil edilməsi üçün 71 imtahan binası, 1273 imtahan zalı, 71 ümumi imtahan rəhbəri, 207 imtahan rəhbəri, 1660 nəzarətçi – müəllim, 142 buraxılış rejimi əməkdaşı, 71 bina nümayəndəsi ayrılıb.

Naxçıvan Muxtar Respublikasında 27 imtahan binasında, ümumilikdə, 6147 şagird imtahan verib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün lazımi şərait yaradılıb. Saat 11:00 da başlanan və  3 saat davam edən imtahana 542 zal, 88 rəhbər, 708 nəzarətçi, 54 mühafizəçi, 13 mikroavtobus ayrılıb.

Qeyd edək ki, 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində, 11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Güntac ŞAHMƏMMƏDLİ


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg