• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1772
mod_vvisit_counterDünən1396
mod_vvisit_counterBu həftə8277
mod_vvisit_counterBu ay22045
mod_vvisit_counterÜmumi2538861

Tarix: 18 May, 2024

“Müəllimlərin pedaqoji bacarıqlarının artırılması” layihəsinin onlayn təqdimatı keçirilib

Kəngərli Rayon Təhsil Şöbəsi tərəfindən Şöbənin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və müəllimlərin iştirakı ilə “Müəllimlərin pedaqoji bacarıqlarının artırılması” layihəsinin onlayn təqdimatı keçirilib.

Təqdimatda Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı layihə çərçivəsində görüləcək işlərdən danışaraq bildirilib ki, layihənin əsas ideyası müəllimlərin təlim bacarıqlarını artırmaq və onları təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə təşviq etmək, təhsildə keyfiyyət monitorinqinin təşkili və təhsil prosesinin nəticələrini təhlil etməklə müəllimlərin tələbatlarını müəyyənləşdirmək, sertifikasiya üzrə keçiriləcək imtahanlara hazırlıq, müəllimlərdə yenilik, rəqabət, müasir təfəkkür və yaradıcılıq qabiliyyətini formalaşdırmaq, qiymətləndirmə üzrə yeni yanaşmaları öyrənmək və tətbiq etməkdən ibarətdir.

Vurğulanıb ki, layihənin uğurlu tətbiqi üçün icra planı və 64 saatlıq təqvim planı tərtib olunub, təlim materialları və müvafiq sənədlər hazırlanıb, ümumtəhsil məktəblərində təlimçi müəllimlər müəyyənləşdirilib. 3 ay müddətində reallaşdırılacaq layihə müəllimlərin pedaqoji biliklərinin, fərdi peşəkarlıq səviyyələrinin inkişafına istiqamətlənib.

Qeyd edək ki, layihə çərçivəsində müəllimlərə təlimlər keçiriləcək və təlimlər zamanı həm nəzəri biliklərin artırılmasına, həm də praktik bacarıqların inkişafına xüsusi diqqət yetiriləcəkdir. Təlimlərin sonunda keçiriləcək imtahanlarda müvəffəqiyyət qazanmış müəllimlərə sertifikatlar təqdim olunacaqdır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg