• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün45
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə45
mod_vvisit_counterBu ay22093
mod_vvisit_counterÜmumi2538909

Tarix: 19 May, 2024

Məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi ötən tədris ilində də diqqətdə saxlanılmışdır

Bu gün muxtar respublika bütün sahələrdə sistemli şəkildə həyata keçirilən islahatlarla dinamik inkişaf dövrünü yaşayır. Qazanılan uğurların təməlində dayanan əsas faktorlardan biri isə qəbul olunan Dövlət Proqramlarının uğurlu icrasıdır. Qəbul edilən Dövlət Proqramlarının icrası muxtar respublikada digər sahələr kimi təhsilin inkişafına da öz müsbət təsirini göstərmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilinin lazımi səviyyədə təşkil edilməsinə və onlarda informasiya kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının formalaşmasına, həmçinin bu kateqoriyadan olan uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının düzgün təşkilinə geniş imkanlar açmışdır.

Dövlət Proqramının icrası məqsədilə 2019-2020-ci tədris ilində Naxçıvan şəhəri üzrə 315, Şərur rayonu üzrə 185, Babək rayonu üzrə 204, Ordubad rayonu üzrə 86, Culfa rayonu üzrə 103, Kəngərli rayonu üzrə 63, Şahbuz rayonu üzrə 61, Sədərək rayonu üzrə 48 nəfər olmaqla, ümumilikdə 1065 nəfər ümumtəhsil məktəblərinin müvafiq siniflərində təhsilə cəlb edilmişdir. Bununla yanaşı tədris ili ərzində sağlamlıq imkanları məhdud uşaqlardan 126-sı məktəbdənkənar müəssisələrin dərnəklərinə,    174-ü muxtar respublikada fəaliyyət göstərən idman məktəblərinə, 61-i isə şahmat məktəblərinə cəlb edilmişdir.

Bu kateqoriyadan olan uşaqların “Evdə qal yaradıcılıqdan qalma” devizi altında videoçarx hazırlanmasında, keçirilən onlayn tədbirlərdə, şeir, inşa yazı, rəsm müsabiqələrində iştirakı, muzeylərə virtual ekskursiyaları təmin edilmiş, eyni zamanda onların muxtar respublikanın muzeyləri, Ekoloji Tərbiyə Mərkəzi, Şahmat Mərkəzi və AMEA-nın Naxçıvan Bölməsi ilə qurulan interaktiv dərsləri izləyə bilmələri üçün də şərait yaradılmışdır.

Həmçinin Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkil etdiyi onlayn yay dərslərində, iyunun 15-də “Açıq havada şahmat birinciliyi” adlı yarışda, “Abituriyent-2020 buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda keçirilən maarifləndici tədbirdə bu kateqoriyadan olan uşaqların da iştirakı təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin14 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, idmanın kütəliviliyinin artırılmasında idmançıların rəğbətlən­dirilməsinin əhəmiyyəti nəzərə alınaraq 03 mart 2020-ci il tarixdə Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birlikdə ölkə və beynəlxalq səviyyəli idman yarışlarında fərqlənən şagirdlərin və onların müəllimlərinin mükafatlandırılması ilə bağlı tədbir keçirmiş, tədbirdə 2019-cu ildə ölkə və beynəlxalq səviyyəli yarışlarda 21 nəfəri I, 9 nəfəri II, 19 nəfəri isə III yerin qalibi olan, ümumilikdə 49 şagird və onların müəllimlərinə diplom və hədiyyələr təqdim edilmişdir. Bununla yanaşı şəhər və rayon Təhsil şöbələri və İdman idarələri tərəfindən ötən müddət ərzində şahmat, stolüstü tennis, yüngül atletika, futbol üzrə yarışlar keçirilmiş, tədris prosesinin dayandırılmasına baxmayaraq Naxçıvan Şəhər Şahmat Mərkəzi tərəfindən məktəblilər arasında onlayn şahmat yarışları, 1 iyun 2020-ci il tarixdən isə onlayn şahmat yay dərslərinə start verilmişdir.

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün təhsil müəssisələrində idman klublarının yaradılması və idmanın müxtəlif sahələri üzrə şagirdlərin idmana cəlb edilməsi ilə bağlı şəhər və rayon təhsil şöbələrinin müdirlərinin, Uşaq-Gənclər İdman məktəblərinin direktorlarının iştirakı ilə kollegiya iclası keçirilmiş, kadr potensialı və mövcud şərait nəzərə alınaraq təhsil müəssisələrində yaradılacaq idman klubları müəyyənləşdirilmiş, bu istiqamətdə hazırlıq işlərinin icrası ilə bağlı təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin yüksək səviyyədə tədrisi diqqətdə saxlanılmış, ümumtəhsil məktəblərində işləyən fiziki tərbiyə müəllimlərinin peşə hazırlığının təkmilləşdirilməsi məqsədi ilə Naxçıvan Dövlət Universitetində onlara müvafiq kursların təşkili planlaşdırılmışdır. Ötən tədris ilindən etibarən tədrisin ixtisaslı müəllimlər tərəfindən aparılmasının təmin edilməsi məqsədi ilə bu günədək         23 gənc kadr fiziki tərbiyə ixtisası üzrə işlə təmin edilmiş, növbəti tədris ili üçün isə həmin ixtisas üzrə 16 vakant yer müəyyənləşdirilərək müsabiqəyə çıxarılmışdır. Həmçinin fiziki tərbiyə müəllimləri ilə yanaşı ümumtəhsil məktəblərində Gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən hərbi rəhbərlərin də  peşəkarlıq səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılmış, Əlahiddə Ümumqoşun Ordusunun 21 yanvar-01 aprel 2020-ci il tarixlərdə keçirdiyi zabit hazırlığı kursuna 6 hərbi rəhbər cəlb edilmiş, kursu uğurla başa vuran hərbi rəhbərlər leytenant hərbi rütbəsi almışlar.

Muxtar respublikamızda iqtisadiyyatın sürətli inkişafı, əhalinin yeni xidmət sahələrinə olan tələbatının artması, yeni yaranan iaşə və xidmət sahələrində peşəkar kadrlara olan ehtiyacın ödənilməsini tələb edir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “2016-2020-ci illər Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı xidmət sahələrində yaranan bu tələbatın ödənilməsi məqsədilə muxtar respublikamızda ehtiyac olan yeni ixtisasların açılması və peşəkar kadrların yetişdirilməsi daim diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan Şəhər Peşə Liseyi, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəblərində Turizm agenti, Aşpaz, Bərbər, Bərbər-manikürçü, Dərzi, Xalçaçı, Toxucu, Arıçı, Çörək və qənnadı məmulatları ustası, Traktorçu-maşinist, Qazanxana maşinisti, Qaynaqçı, Rabitə montyoru, Qaz çilingəri, Elektrik montyoru və Gözətçi kimi ixtisaslara üstünlük verərək peşə kurslarının davamlı təşkilini həyata keçirilmişdir. Təhsil Nazirliyinə tabe olan peşə təhsili müəssisələrində Sürücü (“B”, “BC”, “D” kateqoriyaları üzrə), Gözətçi, Bərbər, Qazanxana maşinisti, Bərbər-manikürçü, Dərzi, Arıçı, Kompüter istifadəçisi və Xalçaçı ixtisasları üzrə əmək bazarının tələblərinə uyğun olan ümumilikdə 11 adda peşə ixtisas kursları üzrə kadr hazırlığı həyata keçirilmiş, bu kurslarda istehsalat təcrübəsi keçmiş və kursu müvəffəqiyyətlə başa vurmuş 88 qrup üzrə 2202 müdavim sertifikat almışdır ki, onların da 46 qrup üzrə 1296 nəfəri sürücü, 42 qrup üzrə 906 nəfəri isə qeyd olunan digər peşə kursları olmuşdur.

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə əmək bazarına uyğun peşə və ixtisaslar haqqında məlumat vermək məqsədilə cari tədris ilində də muxtar respublikanın uşaq və gəncləri arasında peşə ixtisaslarına marağın artırılması və onların peşə seçiminə köməklik məqsədilə qrafikə əsasən məşğələlər həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Naxçıvan Şəhər Peşə Liseyində, Şərur və Ordubad Texniki Peşə və Sürücülük Məktəbində “Xalçaçı” kursları fəaliyyətə başlamış, həmin kurslara ümumilikdə 46 müdavim cəlb olunmuş, onlardan 43-ü kursu müvəffəqiyyətlə başa vuraraq sertifikat almışdır.

Hazırda isə bütün peşə məktəblərində Xalçaçı kursuna müraciət edən vətəndaşların qeydiyyatı aparılır. Bununla yanaşı, ümumtəhsil məktəblərinin şagirdlərinə də xalçaçılığın sirlərinin öyrədilməsi diqqətdə saxlanılır. Tədris ili ərzində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində və Şərur Rayon           Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Xalçaçılıq” dərnəyi yaradılmışdır.

Eyni zamanda Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş                 “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirləri də həyata keçirmiş, Naxçıvan Şəhər Peşə Liseyində və Ordubad Texniki Peşə və Sürücülük Məktəbində Turizm agenti kursuna 32 müdavim cəlb olunmuş, onlardan 21-i kursu müvəffəqiyyətlə başa vuraraq sertifikat almış” kursuna müraciət edən vətəndaşların qeydiyyatı aparılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  9 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində təhsilalanlar arasında dispanserizasiyanın mahiyyəti barədə maarifləndirmə işi aparılmışdır. Bununla yanaşı tədris ili ərzində şagirdlər Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən  dispanserizasiya olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 avqust 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın  icrası ilə əlaqədar şəhər və rayonlarda uşaqların, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət göstərən məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, Uşaq-Gənclər İdman məktəbləri tərəfindən 2019-2020-ci tədris ili ərzində idmanın müxtəlif növlər üzrə ümumilikdə 240 tədbir, Uşaq-Gənclər Şahmat məktəbləri tərəfindən isə müxtəlif səviyyələrdə ümumilikdə 215 şahmat tədbiri həyata keçirilmişdir. Bunlarla yanaşı, muxtar respublikada fəaliyyət göstərən              Uşaq-Gənclər Yaradıcılıq, Ekoloji Tərbiyə, Texniki Yaradıcılıq və                 Turist-Diyarşünaslıq mərkəzləri tərəfindən 137 rəsm və əl işlərindən ibarət sərgi, 65 şeir müsabiqəsi, 5 bilik yarışması, o cümlədən, uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə 229 ekskursiya təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 36 məktəbdən­kənar tərbiyə müəssisəsində uşaq və yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə müxtəlif profilli innovativ dərnəklər təşkil edilmiş, həmin dərnəklərə şagirdlərin cəlbi diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Dövlət Proqramlarının icrası bundan sonra da yüksək səviyyədə yerinə yetiriləcək.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg