• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün340
mod_vvisit_counterDünən1389
mod_vvisit_counterBu həftə340
mod_vvisit_counterBu ay7953
mod_vvisit_counterÜmumi2524769

Tarix: 06 May, 2024

Yüngül atletikanın qaçış növü üzrə rayon birinciliyi keçirilib

Bu gün Qıvraq qəsəbə mərkəzi stadionunda Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında yüngül atletikanın qaçış növü üzrə rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında yüngül atletika idman növünün inkişaf etdirilməsi və kütləviliyinə nail olunması, yeniyetmə və gənclərin bu idman növünə cəlbi və yay tətili dövründə şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət idi.

Yarışın açılış mərasimində Təhsil Şöbəsinin əməkdaşı Həsən Tağıyev çıxış edərək muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısı, idmançılar üçün yaradılan şərait haqqında danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Yarış 100 və 400 metr məsafəyə qaçış üzrə keçirilib.

Gərgin və maraqlı keçən yarışın sonunda 100 metr məsafəyə qaçışda Xok kənd tam orta məktəbinin şagirdi Elsevər Məmişov I, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Fərid İbrahimov II, Təzəkənd tam orta məktəbinin şagirdi Yalçın Orucov III, Qabıllı kənd tam orta məktəbinin şagirdi Araz Heydərov isə həvəsləndirici yerə layiq görülüb. 400 metr məsafəyə qaçışda isə Qabıllı kənd tam orta məktəbinin şagirdi Süleyman Hüseynov I, Təzəkənd tam orta məktəbinin şagirdi Fərda Əsgərli II, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdi Fərəməz Abdullayev III, akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin şagirdi Əli Seyidov isə həvəsləndirici yerə layiq görülüb.

Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg