Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzininin birgə təşkilatçılığı ilə “Evdə qal, istedadını göstər” adlı onlayn müsabiqənin qalibləri müəyyənləşib.
Müsabiqənin keçirilməsində əsas məqsəd rayonun ümumtəhsil məktəblərində təhsil alan xüsusi istedada malik şagirdləri üzə çıxarmaq, şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi, Azərbaycanın zəngin milli-mədəniyyətinin təbliği və məktəblilərin yaradıcıləq qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılmasından ibarət idi.
Tədbiri giriş sözü ilə açan Uşaq-Gənclər Yaradıcılıq Mərkəzininin direktoru Yunis Ələkbərov şagirdlərin istedad və qabiliyyətlərinin üzə çıxarılması üçün ənənəvi olaraq keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Bu tədbirlərin onların yaradıcılıq əzminin artırılmasında mühüm stimul olduğunu vurğulayıb.
Müsabiqənin sonunda münsiflər heyətinin qərarı ilə ayrı-ayrı nominasiyalar üzrə qaliblər müəyyən olunub. İstedad və bacarıqları ilə fərqlənən Yurdçu kənd tam orta məktəbin şagirdi Əsra Abdullayeva I, Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Zülqədə Əhmədova II, Yeni Kərki kənd tam orta məktəbin şagirdi Roza Süleymanova III və Qarabağlar kənd 2№-li tam orta məktəbin şagirdi Nurşən Mirzəzadə isə həvəsləndirici yerə layiq görülüb.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti