Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində şagirdlərin yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkili məqsədilə Mərkəzin tədbirlər planına əsasən bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də bu gün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Mərkəzin dərnək rəhbərləri və dərnək üzvləri arasına “Zərərli vərdişlərdən necə qorunmalı?” mövzusunda keçirilən onlayn maarifləndirici müzakirədir.
Təşkil olunan maarifləndirici müzakirədə dərnək rəhbərləri zərərli vərdişlər və onların fəsadları haqqında dərnək üzvlərinə geniş məlumat veriblər. Məktəblilərin diqqətinə çatdırılıb ki, muxtar respublikada gəncliyimiz üçün böyük bəlalardan olan zərərli vərdişlərin əleyhinə aparılan tədbirlər hər zaman diqqət mərkəzində olmuş, Təhsil Nazirliyi tərəfindən yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onların asudə və istirahət vaxtlarının səmərəli təşkili, idmana olan marağının artırılması məqsədilə mütəmadi olaraq hərbi-vətənpərvərlik, idman, turizm, bilik yarışları, intellektual oyunlar və s. çoxsaylı maraqlı tədbirlərin təşkili istiqamətində bir sıra işlər görülmüşdür.
Sonda dərnək üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti