17 iyul 2020-ci il tarixdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin süni örtüklü mini-futbol meydançasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmələr arasında mini-futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Tədbirin açılış mərasimində çıxış edənlər muxtar respublikada idman sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışıblar. Görüşdə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin komandası və “Araz” komandası qarşılaşıb və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin komandası 8:6 hesabı ilə qalib gəlib.
Sonda hər iki komandaya təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar təqdim edilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti