• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün446
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9135
mod_vvisit_counterBu ay5196
mod_vvisit_counterÜmumi2522012

Tarix: 04 May, 2024

Tarix yenidən yazılır

Azərbaycan tarix boyu yetişdirdiyi qəhrəmanlarla hər zaman tanınıb. İgid qəhrəman, cəsur mərd təxəllüslərini öz əməlləri ilə əks etdirən, tariximizdə iz qoyan Babək, Cavanşir, Koroğlu, Cavadxan, Həzi Aslanov, Mehdi Hüseynzadə və bir çoxları öz hünərlərilə tarixə düşmüşdülər. Belə qəhrəmanları tariximizin bütün səhifələrində görə bilərik. Dövlət yarandığı bir dövrdən məhz qəhrəmanlıq silsiləsi ilə üzləşmişik. Məhz buna görə də “Qəhrəmanlıq”, “Mərdlik”, “Cəsarətlik” xalqıma ən çox yaraşan xüsusiyyətlərdir. Xalqımızın vətənə, torpağa olan sevgisi, məhəbbəti, bağlılığı ta qədim dövrlərdən olan xüsusiyyətidir. Bu amal bizə məhz o dövrlərdən gələn bir mirasdır. Bu mirası gözbəbəyimiz kimi qoruyub nəsildən-nəslə ötürməkdəyik.

Tarixə nəzər yetirsək “Kitabi-Dədə Qorqud” dastanında birlik, qardaşlıq xüsusiyyətlərinin öz əksini tapdığını əyani olaraq görərik.

Mən öz tariximlə fəxr edirəm. Fəxr edirəm ki, dağlarda at çapılan, qılınc oynadılan yurdun övladıyam, Həcər nəvəsiyəm! Al qanı ilə dastan yazan qəhrəmanlar diyarım var mənim. Hünərindən dünyaya söz açan igidlərim, güclü, yenilməz bir ordum var bənim. Vətənə can deyib öz canlarından keçən qəhrəmanlıq dastanını yeniləyən ən uca zirvəyə, şəhidlik zirvəsinə qalxan Mübarizlərim var mənim. Sizinlə fəxr edirik!

Bu gün o qururlu tariximizin yeni səhifəsini yazırıq. Ey mənim al bayraqlı, üzərində neçə igid qanı olan, üçrəngli, gözəl bayrağım daha da ucalara dalğalan. Qoy düşmənin gözü qarşısında tarix boyu torpaqlarımda gözü olan düşmənimin gözü çıxsın.

Möhkəm dayan, igid əsgər, arxanda min bir dua, başının üstündə Allah var. Səninləyik, ey torpaq, bu dövlət səni tək qoymaz!

Torpaq uğrunda ölən varsa, Vətəndir deyiblər. Şanına canından keçən şəhidlər, al bayrağa sarılıb düşmən önündə bir dastan yazdılar igid oğullar!

Həsənova Nurlana

Heydər Əliyev adına

tam orta məktəbin tarix müəllimi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg