• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün67
mod_vvisit_counterDünən2214
mod_vvisit_counterBu həftə12930
mod_vvisit_counterBu ay45262
mod_vvisit_counterÜmumi2512527

Tarix: 28 Apr., 2024

Naxçıvan Şəhər Şahmat Mərkəzində “20 İyul-Beynəlxalq Şahmat Günü” ilə əlaqədar onlayn ustad dərs keçirilib

Muxtar respublikamızda intellektual idman növü kimi şahmatın inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Yaradılan şəraitin nəticəsidir ki, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində mövcud vəziyyətə baxmayaraq onlayn qaydada dərslər, tədbirlər, müsabiqələr təşkil edilir.

2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması məqsədilə ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, Uşaq-Gənclər Şahmat Məktəblərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası ilə birlikdə mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirir.

Həmin tədbirlərin davamı olaraq bu gün Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Şahmat Mərkəzində ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müllimlərə “20 İyul-Beynəlxalq Şahmat Günü” ilə əlaqədar onlayn ustad dərs keçirilib. Dərsi beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi Fikrət Sidiefzadə aparıb. Dərsin keçirilməsində məqsəd şahmat fənnini tədris edən müllimlərin təcrübələrini zənginləşdirmək və onların işlərini düzgün qurub, istedadlı uşaqları üzə çıxarmalarına dair lazımi məsləhətlər vermək idi.

Dərsi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Təhsil Naziriliyi Aparatının Məktəbdənkənar tərbiyə müəssisələri ilə iş üzrə sektorunun müdiri Murad Babayev açaraq idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, yaradılan şəraitin nəticəsidir ki, bu gün şagirdlərimiz bir sıra muxtar respublika və respublika səviyyəli yarışlarda, eləcə də  Beynəlxalq Şahmat festivallarında iştirak edir, layiqli yerlər tuturlar. Sektorun müdiri qeyd edib ki, 2019-2020-ci tədris ili ərzində keçirilən Azərbaycan birinciliyində 2 şagird II, 7 şagird III, muxtar respublika birinciliyində isə 2 şagird I, 2 şagird II, 2 şagird isə III yer olmaqla 15 şagird qalib olub.

Sonra Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini, beynəlxalq dərəcəli hakim Emin Hacıyev tədbirin məqsədi haqqında danışıb, iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, ustad dərslərlə yanaşı şagirdlərin yay tətilində asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlayn yay dərsləri, eləcə də şahmatçılar arasında davamlı olaraq blitz turnirləri və yoldaşlıq görüşləri də keçirilir. Qeyd edilib ki, tətil olmasına baxmayaraq, məktəblilər şahmatla məşğul olur, keçirilən internet üzərindən canlı yarışlarda və turnirlərdə iştirak edirlər. Emin Hacıyev ustad dərslərinin bundan sonra da tez-tez keçiriləcəyini və təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması yönündə işlərin davam etdiriləcəyini vurğulayıb.

Dərsi aparan beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi Fikrət Sidiefzadə bildirib ki, mən bir neçə dəfə ayrı - ayrı rayonlarda müəllimlərlə görüşlər keçirmişəm, lakin bu görüşlərdə bir neçə müəllim iştirak edə bilirdi. Bu gün onlayn qaydada xeyli sayda muəllim ilə görüşürük ve fikirlərimizi paylaşırıq.  Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasının bütün məktəblərində elektron lövhə və şahmat otaqları var, şagirdlər bundan səmərəli istifadə edir. Və ən əsası odur ki, son dövrlərdə burada xüsusilə şahmatın inkişafı üçün yüksək səviyyəli və hərtərəfli şərait yaradılıb. Bundan əvvəl şagirdlərlərlə də dərslərim olub, inanıram ki, müəllimlərlə təşkil edilən bu seminar da şahmatın inkişafı üçün həyata keçirilən uğurlu tədbirlərdən biridir.

Qeyd edək ki, dərsdə Naxçavan şəhəri üzrə 28, Şərur rayonu üzrə 5, Babak raoyunu üzrə 5, Ordubad rayonu üzrə 5, Culafa rayonu üzrə 5, Kəngərli rayonu üzrə 5, Şahbuz rayonu üzrə 5, Sədərək rayonu üzrə 5 olmaqla, ümumilikdə 63 şahmat müəllimi iştirak edib.

Sonra ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlərlə şahmatın oyunları təhlil olunub və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg