• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün25
mod_vvisit_counterDünən2214
mod_vvisit_counterBu həftə25
mod_vvisit_counterBu ay45220
mod_vvisit_counterÜmumi2512485

Tarix: 28 Apr., 2024

Hərbi liseydə gələcəyin zabitləri yetişdirilir

Bu təhsil ocağında vətənpərvərlik tərbiyəsi yüksək səviyyədədir.

Görkəmli dövlət xadimi Heydər Əliyev hələ Sovetlər İttifaqı dövründə, azərbaycanlıların hərb sahəsindən uzaq salındığızamanlarda ölkəmizdə hərbi təhsilin inkişafına xidmət edən islahatlar aparılmasına ciddi önəm verirdi. Ulu öndər deyirdi: “Biz bu işə başlayanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi, Azərbaycanın gələcəyinə baxış idi, Azərbaycanda ilk millizabit kadrlarının hazırlanması üçün ilk addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki,zaman gələcək,Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaradacaq”.

1971-ci ildə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılması da bunun ifadəsi idi. 1972-ci ildən başlayaraq yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə təhsil almağa göndərilməsi də ulu öndərin bu sahədə yüksək təşəbbüskarlıqlarla həyata keçirdiyi tədbirlərdən biri oldu. Məhz həmin dövrdə yetişdirilən milli hərbçi kadrlar ölkəmiz müstəqillik qazandıqdan sonra ordu quruculuğunda mühüm rol oynayıblar.

Ümummilli liderimiz ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülməsini vacib sayırdı. “Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi müstəqil Azərbaycanın özünün də hərbi sərkərdəsi olsun”, – deyən ulu öndərin müdrikliyi və uzaqgörənliyisayəsində ölkəmizdə qüdrətli milli ordu yaradılıb, onun ixtisaslı hərbçi kadrlarla təminatı diqqət mərkəzində saxlanılıb. Naxçıvanda hərbi təmayüllü məktəbin yaradılması da məhz bu uzaqgörənliyin nəticəsində mümkün olub. Dahi rəhbərin 1998-ci il 13 mart tarixli Sərəncamı iləAzərbaycan Ordusunun peşəkar hərbi kadrlara olan tələbatını ödəmək, Naxçıvan Muxtar Respublikasında gənclərin hərbi təhsil alması üçün əlverişli şərait yaratmaq məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bazasında Naxçıvan filialının fəaliyyətə başlaması ulu öndərin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin davamlı xarakter alması kimi dəyərləndirilib.

1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən görkəmli dövlət xadimi Heydər Əliyev bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq deyib: “Tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIXXXəsrlərin tarixini götürək.Naxçıvan xanları – Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü,sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ...Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi”. Həmin dövrdə 56 kursantla fəaliyyətə başlayan filial ötən dövr ərzində böyük inkişaf yolu keçib, Naxçıvanda gənclərin hərb sənətinə marağının artmasına səbəb olub.

Ümummilli liderimiz Heydər Əliyevin milli ordu quruculuğu siyasətini bu gün uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı QüvvələrinAli Baş Komandanı cənab İlham Əliyev milli ordu quruculuğunu, gənc hərbçi kadrların yetişdirilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır. Ölkə başçısının 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığısistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaqməqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb.

Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərən və ali təhsilin bakalavr səviyyəsi üzrə mütəxəssis hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələri üçün zəruri biliklərə yiyələnmiş, milli-mənəvi, ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, cəsur, mətin, intizamlı və müasir dünyagörüşlü kursant hazırlayan bu təhsil müəssisəsində ötən dövrdə geniş quruculuq işləri aparılıb, burada ümummilli liderin büstü ucaldılıb, görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müəyyən məqamlarını özündə əks etdirən muzey yaradılıb, ikimərtəbəli qərargah binası, müasir tədris korpusu və yataqxana binası istifadəyə verilib, maddi-texniki baza xeyli gücləndirilib, kursantların yaşayış şəraiti yaxşılaşdırılıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2005-ci il dekabrın 19-da liseydə yaradılan şəraitlə tanış olub, kursantlar qarşısında çıxış edərək deyib: “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin fəaliyyətini daim diqqət mərkəzində saxlayır, tədrisin günün tələbləri səviyyəsində təşkili üçün qayğısını əsirgəmir. Bunun nəticəsidir ki, liseydə kursantların hərbi biliklərə dərindən yiyələnməsi üçün hər cür şərait yaradılıb. Tədris və yataqxana korpusları ən müasir avadanlıqlarla təchiz olunub. 750 yerlik yataqxana binasında müasir məişət şəraiti ilə yanaşı, kursantların asudə vaxtlarının səmərəli təşkili və istirahəti də təmin edilib, gündəlik mətbuatı izləmək, şahmat və digər idman növləri ilə məşğul olmaq imkanı yaradılıb. Liseydə kursantların sağlamlığı, fiziki hazırlığı və qidalanması da diqqət mərkəzində saxlanılır. Müasir avadanlıqlarla təchiz olunmuş 25 çarpayılıq tibb məntəqəsi, idman zalı, futbol meydançası, açıq və qapalı idman qurğuları və digər obyektlər kursantların istifadəsinə verilib.

Liseyin daim təkmilləşdirilən maddi-texniki bazası tədrisin keyfiyyətini yüksəldib. Yaradılan müasir tədris şəraiti, istifadəyə verilən əyani vəsaitlər istər hərbi, istərsə də elmi biliklərin dərindən mənimsənilməsinə və təcrübə əsasında möhkəmləndirilməsinə geniş imkanlar açır. Liseydə 26 sinif otağı, fənn kabinələri, kimya, biologiya, fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter və 2 linqafon otağı vardır. Sinif otaqları müasir avadanlıqlarla təchiz edilib, elmi, bədii, hərbi və tarixi ədəbiyyatlarla, ensiklopedik nəşrlərlə təmin olunmuş zəngin kitabxana kursantların istifadəsinə verilib. Hərbi liseydə elektron tədris sistemi vasitəsilə interaktiv dərslərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə zəngin elektron dərslik bazası yaradılıb, 11 sinif otağında elektron lövhə quraşdırılaraq distant təhsil sisteminə qoşulub.

2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən hərbi kabinə və atəş hazırlığı sinfi gələcəyin zabitlərində ilkin peşə vərdişlərinin formalaşmasına xidmət edir. Burada quraşdırılan “Gilavar” və “Scatt” tipli atış trenajorları vasitəsilə kursantların realşəraitə uyğun olaraq nişanalma bacarıqları inkişaf etdirilir, yoxlanılır və qiymətləndirilir.

Bütün bu imkanlardan səmərəli istifadə edən müəllim-zabit heyəti bilikli, vətənpərvər,sağlam və əqidəli hərbçilərin yetişdirilməsində əllərindən gələni əsirgəmirlər. Dərslərlə yanaşı, müxtəlif disput, olimpiada və yarışlar təşkil olunur, kursantların muxtar respublikada keçirilən tədbir və yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, Heydər Əliyev adına Hərbi Liseyin göstəriciləri ildən-ilə artır, ali hərbi məktəb və akademiyalara qəbul olunan kursantların sayı çoxalır. Təsadüfi deyil ki, hərbi lisey təhsilsahəsindəki nailiyyətlərinə görə 2008-2009-cu tədrisilində ölkəmizdə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Liseyin kursantları ötən dövr ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarında 2 qızıl, 1 gümüş, 12 bürünc medala layiq görülüblər. Eyni zamanda gələcək zabitlər muxtar respublika üzrə keçirilən müxtəlif inşa yazı və şeir müsabiqələrində ön yerlərə sahib olublar.

Kursantlar muxtar respublika və Əlahiddə Ümumqoşun Ordu üzrə təşkil olunan idman yarışlarında da fəal iştirak edirlər. Belə ki, liseyin idmançıları ötən ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası üzrə ali və orta ixtisastəhsili müəssisələri arasında yüngül atletika idman növü üzrə birincilikdə komanda üzrə I, oktyabr ayında cüdo birinciliyində komanda hesabında III, noyabr ayında ali və orta təhsil müəssisələri arasında TİR idman növü üzrə birincilikdə I, dekabr ayında kinqboks birinciliyində fərdi yarışda müxtəlif çəki dərəcələrində I, II və III, Əlahiddə Ümumqoşun Ordu üzrə keçirilən cüdo birinciliyində 73 kiloqram çəki dərəcəsində I yerlərə layiq görülüblər.

Cari ildə liseydə 188 kursant təhsilini başa vurub. Onlardan biri gümüş, biri qızıl medala layiq görülüb. Ümumilikdə, 1998-2020-ci illər ərzində hərbi liseyə 4000-dən çox kursant qəbul olunub, 2001-2019-cu illər ərzində liseyi 3300-dən çox məzun bitirib. Liseyi bitirən məzunların 124-ü xarici ölkələrdə (Türkiyə, Rusiya, İtaliya) təhsil alıb, onlardan 69-u (Türkiyə, Rusiya, Cənubi Koreya) hazırda təhsillərini davam etdirir.

Silahlı Qüvvələrimizdə bu liseyin 2000-ə yaxın məzunu zabit kimi xidmət edir. Onların səkkizinin ərazi bütövlüyümüz uğrunda öz canını qurban verərək şəhidlik zirvəsinə ucalması liseydə hərbi-vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə formalaşdırılmasının nəticəsidir. Liseyin kollektivi unutmur ki, pedaqoji prosesin səmərəliliyini təmin edən amillərdən biri təlim və təhsillə vəhdətdə olan tərbiyə işidir. Tərbiyə işində əsas məqsəd kursantlarda milli və ümumbəşəri dəyərlər, hərbi psixologiya formalaşdırmaq və onların Vətənə məhəbbət hisslərini inkişaf etdirmək, təhsillə bərabər, həm də yüksək mənəvi dəyərlərə, dövlətinə, xalqına sədaqətli, hərtərəfli dünyagörüşə malik şəxsiyyət yetişdirməkdir.

Bu gün qürur hissi ilə demək olar ki, Heydər Əliyev adına Hərbi Lisey ulu öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi milli ordumuzun savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda səmərəli fəaliyyət göstərir. Hərbi Liseyin zabit-müəllim heyəti, kursant və məzunları bu şərəfli adı doğrultmağa çalışır, Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirlər. Liseydə gözəl ənənələr yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Bu ənənələrdən biri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hər il liseyi bitirən məzunlarla görüşüdür. Görüşlərdə liseyin keçdiyi yola nəzər salınır, tövsiyələr verilir, fərqlənən kursant və müəllimlər mükafatlandırılır. Cari ilin iyun ayının 17-də liseyin 20-ci buraxılışı münasibətilə keçirilən tədbir kursantlarda onlara, məzunların gələcək fəaliyyətinə böyük inam və etimadın ifadəsi olub. Tədbirdə Ali Məclisin Sədri deyib: “O ordu qüdrətlidir ki, onun sıralarında peşəkar və sağlam mənəviyyata malik olan vətənpərvər zabitlər xidmət edir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir zabit vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır”. Məzun olan hər bir kursant gələcək təhsil və xidmət dövründə ümummilli liderimizin tövsiyələrini əsas götürməli, Vətənimizə, dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməlidir. Qarşınızda bir əsas vəzifə durur: o da təhsil aldığınız liseyin adına layiq peşəkar hərbi qulluqçu kimi yetişməkdir. Liseyin məzunları bundan sonra da təhsili və nizamintizamı ilə seçilməli, hərb sənətinə dərindən yiyələnməli, mütaliə etməli, yeni texnologiyaları, müasirsilahları, hərbi texnikanı mükəmməl mənimsəməli, dünyagörüşlərini daim artırmalıdırlar. Zabit adını daşımaq böyük məsuliyyətdir. Peşə vərdişi, fiziki və nəzəri hazırlığı ilə bərabər, zabit həm də mənəvi keyfiyyətləri ilə seçilməlidir. Tariximizi, dəyərlərimizi və qəhrəmanlıq ənənələrimizi yaxşı öyrənməli, rəhbərlik etdiyi şəxsi heyətin bu əsasda mənəvi-psixoloji hazırlığına nail olmalıdır”. Hərbi liseydə gələcəyin zabitləri yetişdirilir Bu təhsil ocağında vətənpərvərlik tərbiyəsi yüksək səviyyədədir Görkəmli dövlət xadimi Heydər Əliyev hələ Sovetlər İttifaqı dövründə, azərbaycanlıların hərb sahəsindən uzaq salındığızamanlarda ölkəmizdə hərbi təhsilin inkişafına xidmət edən islahatlar aparılmasına ciddi önəm verirdi. Ulu öndər deyirdi: “Biz bu işə başlayanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi, Azərbaycanın gələcəyinə baxış idi, Azərbaycanda ilk millizabit kadrlarının hazırlanması üçün ilk addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki,zaman gələcək,Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaradacaq”.

Ali Məclis Sədrinin bu tapşırıq və tövsiyələri təkcə 20 yaşlı liseyin kursantlarının deyil, müəllim və zabit heyətinin də qarşısında mühüm vəzifələr qoyur. Başlıca vəzifə isə kursantlara hərbi-vətənpərvərlik tərbiyəsinin bundan sonra da yüksək səviyyədə aşılanması, onların bu ruhda formalaşdırılmasının diqqətdə saxlanılmasıdır. Ərazi bütövlüyümüzün, müstəqilliyimizin, dövlətçiliyimizin qorunmasında bu amillər əsas şərtlərdir. Onların qorunması isə bizim vətəndaşlıq borcumuzdur.

Muxtar MƏMMƏDOV


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg