• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün278
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə8558
mod_vvisit_counterBu ay22326
mod_vvisit_counterÜmumi2539142

Tarix: 19 May, 2024

“Yay məktəbi” adı altında onlayn və açıq havada məşğələlərin keçirilməsinə start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şəhər və Rayon Təhsil Şöbələrinin birgə təşkilatçılığı ilə “Yay məktəbi” adı altında onlayn və açıq havada məşğələlərin keçirilməsinə start verilib.

Belə ki, Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzində Coğrafiya diyarşünaslıq dərnəyi üzrə “Naxçıvan Muxtar Respublikasının ən böyük və ən sulu çayları”, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində Yüngül atletika dərnəyi üzrə “Kross qaçışı”, Şahmat Mərkəzində “Oyunların təhlili”, Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Bədii qiraətdərnəyi üzrə “Səməd Vurğunun Azərbaycan şeirinin ifadəli oxusu”,

Uşaq-Gənclər İdman Məktəbində Stolüstü tennis dərnəyi üzrə “Azərbaycanda stolüstü tennis”, Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Rəsm dərnəyi üzrə “Görkəmli rəssam Bəhruz Kəngərlinin həyat və yaradıcılığı”, Texniki Yaradıcılıq Mərkəzində Əyləncəli fizika dərnəyi üzrə “Cazibə qüvvəsinin təsiri altında cisimlərin hərəkəti”, Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində Ağac üzərində yandırma dərnəyi üzrə “Mömünə Xatın Türbəsinin ağac üzərində təsviri və yandırma üsulu ilə hazırlanması”, Kəngərli Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Kompüter dərnəyi üzrə “Əməliyyat sistemləri”, Şahbuz Rayon Uşaq-Gənclər Şahmat Məktəbində “İspan və italyan oyunu, 10-12 gediş”, Sədərək Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində isə Bədii tikmə dərnəyi üzrə “Bədii tikmə sənəti və növləri”mövzusunda onlayn məşğələlər keçirilmişdir.

Məşğələlərin keçirilməsində məqsəd məktəblilərin bilik və bacarıqlarının artırılması, eyni zamanda yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkilidir. Məşğələlər məktəbdənkənar təhsil müəssisələrinin hazırladıqları müxtəlif mövzulara uyğun olaraq yay tətili müddəti başa çatanadək davam etdiriləcəkdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg