• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1177
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9866
mod_vvisit_counterBu ay5927
mod_vvisit_counterÜmumi2522743

Tarix: 04 May, 2024

Yolumuz Heydər Əliyev yoludur

Vətəni sevmək və öz ömrünü, həyatını xalqa, xalqın xoşbəxt gələcəyinə fəda etmək olduqca şərəflidir.

Dahi şəxsiyyət, qəlbi daim Azərbaycan sevgisi ilə döyünən, Azərbaycan deyən zaman səsi tir-tir əsən, həmişə və hər yerdə milli mənsubiyyəti ilə qürur duyan, gözləri Vətən eşqi ilə parıldayan ulu öndər Heydər Əliyev haqqında söz söyləmək mənim üçün həm qürurvericidir, həm də böyük məsuliyyətdir. Bəri başdan vurğulamaq yerinə düşər ki, Vətənimiz və xalqımız üçün misilsiz xidmətlər göstərən, adı tariximizə qızıl hərflərlə yazılan ümummilli liderimiz Heydər Əliyev daim qəlbimizdədir. Milli dövlətçilik və müstəqillik yolumuz Heydər Əliyev ideyaları ilə nurlanır.

Müqəddəs amalı, məqsəd və məramı doğma Vətənin azadlığı, müstəqilliyi, rifahı olan Ulu Öndər xalq məhəbbətindən, içindəki inam və imandan güc alaraq bu yolda qarşılaşdığı bütün çətinliklərə qətiyyətlə sinə gəlməyi bacardı, tarixdə “Heydər Əliyev yolu” saldı. Çünki O, uca Yaradana inanırdı. O, bu çətin, bir o qədər də şərəfli yolda tək olmadığını bilirdi.

Heydər Əliyev dərin fitri istedada, fenomenal yaddaşa, bəlağətli nitqə malik idi, bütün sahələri gözəl bilirdi. Onda olan dünyagörüşə, siyasi səriştəyə, fəhmə, ən çətin situasiyalardan məharətlə çıxmaq bacarığına dünyadakı hər böyük siyasətçidə rast gəlmək mümkün deyil. Bu mənada bütün dünyanı özünə heyran qoyan dahi şəxsiyyət bir məktəb idi. Dünya liderləri ondan hər zaman öyrənir, ona həsəd aparır, bunu öz çıxışlarında, müsahibələrində etiraf edirdilər.

Hələ 30 yaşına çatmamış olan müstəqil Azərbaycan dövləti üçün müstəqilliyin ilk illəri son dərəcə ağır və məşəqqətli keçmişdi. Keçən əsrin 90-cı illərinin əvvələrində yenicə müstəqillik qazanan ölkəmiz demək olar ki, tarixdən silinmək üzrə idi. O dövrün aciz, savadsız, səriştəsiz rəhbərləri xalqı uçuruma aparırdı.

Xalqımız və ölkəmiz ən çətin günlərini yaşayırdı. Parçalanmaq, məhv olmaq təhlükəzi ilə üz-üzə idik, mənfur Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətinə düşən Naxçıvan mərkəzi hakimiyyətin demək olar ki, yadından tamam çıxmışdı. Beynəlxalq səviyyədə tanınan ölkə sərhədlərimizi qoruyacaq ordumuz yox idi. Bütün sahələrdə özbaşınalıq hökm sürürdü, iqtisadiyyat çökmüşdü. Azərbaycan qardaş qırğını ilə üz-üzə dayanmışdı.

Əlacsız vəziyyətdə qalan xalqı bu bəladan çıxartmaq üçün sanki bir möcüzəyə ehtiyac var idi.

Vətənin dar günündə xalqının yanında olmaq istəyi, ehtiyacı Heydər Əliyevi Rusiyadan Azərbaycana gətirdi. Lakin onun siyası çəkisini, sevgisini qısqanclıqla qarşılayan o dövrün dırnaqarası rəhbərləri hər vəchlə bu böyük qayıdışa maneə olmağa çalışırdılar. Onlar da bilirdilər ki, Azərbaycanı işıqlı gələcəyə yalnız bu dahi şəxsiyyət apara bilər. Ancaq görünür bunu istəmirdilər.

Amma bir yer var idi ki, onu burada dörd gözlə gözləyirdilər: doğulub boya başa çatdığı doğma yurdu Naxçıvanda. Onun gəlişi ilə sanki bu yurdun hər yanı toy-bayrama büründü, qara buludlar sanki çəkilməyə, havada bir aydınlıq, gül-çiçək ətri hiss olunmağa başladı.

Bütün Naxçıvan əhalisi öz xilaskarının ətrafında sıx birləşmiş, öz böyük oğluna qucaq açmışdı. Ümidlə baxan gözlər ona yönəlmişdi. Yaşlı-cavan hər kəs ona dualarla bağlanmışdı. Naxçıvan gözəl günlərə qədəm qoymuşdu. O, hər yerə əl atır, xalqı pis vəziyyətdən çıxartmaq üçün əlindən gələni edirdi.

Naxçıvanın xilası bütün azərbaycanlıların ümidi oldu. Naxçıvanın xilası Azərbaycanın xilası oldu. Ulu öndər xalqın təkidli tələbi ilə Bakıya getdi, Azərbaycanın qurtuluş dastanı yazılmağa başlandı.

Bu gün müasir Azərbaycan Respublikasının əldə etdiyi bütün uğurların təməlində Heydər Əliyev yoluna sədaqət dayanır. Ölkə başçımız cənab İlham Əliyev Heydər Əliyev siyasi xəttini uğurla davam və inkişaf etdirir. Bu gün ölkəmiz Cənubi Qafqazın ən inkişaf etmiş iqtisadiyyatına, ən güclü ordusuna malikdir. Görünən dağ bələdçi istəməz. Hər bir azərbaycanlı Heydər Əliyev yolunun bəhrələrini öz həyatında, yaşayışında hiss edir və haqlı olaraq bununla qürur duyur. Azərbaycan ilbəil daha da inkişaf edib möhkəmləndikcə beynəlxalq aləmdəki nüfuzu da artır. Dağlıq Qarabağ adlı yaramızın sağalacağı, ölkəmizin ərazi bötüvlüyünün bərpa olunacağı gün də uzaqda deyil.

Ümummilli liderimiz Azərbaycanın xilası naminə mübarizəyə atılarkən Naxçıvanın taleyini, gələcəyini öz siyasi məktəbinin layiqli davamçısı, doğma yurdu dərin məhəbbətlə sevən, xalq və dövlət naminə şərəfli və fədakar fəaliyyəti öz həyat amalına çevirən Vasif Talıbova etibar etdi. Bu gün Naxçıvan Muxtar Respublikası bütün sahələrdə sürətlə inkişaf edən, ərzaq və enerji təhlükəsizliyi təmin edilən, sərhədləri etibarlı şəkildə qorunan, dünyanın 60-dan çox ölkəsi ilə ticarət əlaqələri olan, dünyanın diqqətini çəkən, təhlükəsiz, abad, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunduğu, öz nicatını və gələcəyini Heydər Əliyev yoluna sədaqətdə görən qüdrətli diyardır.

Bir vətəndaş kimi, bir ziyalı kimi bizə düşən, milli dövlətçiliyimizə daim sədaqətli olmaq, ölkəmizin bundan sonrakı inkişafı üçün əlimizdən gələni etmək, aydın gələcək üçün əzm və məsuliyyətlə çalışmaqdır. Yolumuz Heydər Əliyev yoludur. Əbədi müstəqillik, uğur inkişaf yolu...

Nurlana HƏSƏNOVA

Heydər Əliyev adına tam

orta məktəbin tarix müəllimi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg