Bu gün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Təhsil Nazirliyinə birbaşa tabe məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvlərinin Xan Sarayı, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə onlayn ekskursiyaları təşkil olunub. Ekskursiyada Heydər Əliyev Uşaq-Gənclər Yaradıclıq Mərkəzi, Turist Diyarşünaslıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi və Ekoloji Tərbiyə Mərkəzinin 40-dan çox dərnək üzvü iştirak edib.
Ekskursiyanın təşkil edilməsində əsas məqsəd şagirdlərin yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkili, onları tarixi abidələrimizlə tanış etmək və şagirdlərdə dünyagörüşünü formalaşdırmaqdan ibarət idi.
Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrində hazırda onlayn dərslər, müsabiqə və yarışlar keçirilir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti