• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün263
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə8543
mod_vvisit_counterBu ay22311
mod_vvisit_counterÜmumi2539127

Tarix: 19 May, 2024

“Yay məktəbi” adı altında onlayn məşğələlər davam edir

Şagirdlərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi iş planına uyğun olaraq 23 iyul 2020-ci il tarixdə “Yay məktəbi” adı altında Babək Rayon Uşaq Gənclər Şahmat Məktəbində “Şahmatda mərkəz uğrunda mübarizə” mövzusunda dərnək üzvlərinin iştirakı ilə onlayn məşğələ keçirilib. Məktəbin təlimatçısı Zakir Quliyev mövzu barədə uşaqlara ətraflı məlumat verib və şagirdləri maraqlandıran sualları cavablandırıb.

Həmçinin bu gün Culfa Rayon Təhsil Şöbəsi və Culfa Rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Yay məktəbi” adı altında uşaqların asudə vaxlarının səmərəli keçirilməsi məqsədi ilə onlayın dərs keçirilmişdir. Culfa Rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin  “Bədii qiraət” dərnəyinin üzvləri və ümüm təshil məktəblərinin şagirdləri arasında “Düzgün tənəffüs qaydaları və intonasiya” mövzusunda onlayn dərs keçirilib. Dərsi giriş sözü ilə mərkəzin direktor müavini Hüseyn Həbibov açaraq keçirilən onlayn dərslərin şagirdlər üçün səmərəli olduğundan və uşaqların dərslərdən düzgün faydalanmasının əhəmiyyətindən danışıb.

Bundan başqa Şahbuz Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də “Milli musiqi alətlərimiz” mövzusunda Mərkəzin dərnək rəhbərləri və dərnək üzvlərinin iştirakı ilə onlayn rəsm məşğələsi keçirilib. Məşğələdə əvvəlcə dərnək üzvlərinə milli musiqi alətlərimiz barədə ətraflı məlumat verilib. Daha sonra şagirdlərin mövzu ilə əlaqəli sualları cavablandırılıb və dərnək üzvlərinin hazırladıqları musiqi alətləri natura kimi təqdim olunub. Dərnək üzvlərinin çəkdikləri müxtəlif rəsmlər onların milli musiqi alətləri ilə bağlı məlumatlarının qənaətbəxş olduğunu təsdiq edib. Belə məşğələlərin təşkil edilməsi şagirdlərin milli-mənəvi dəyərlərimizə olan sevgisinin daha da artmasında əhəmiyyətli rol oynayır.

Ülviyyə Hacıyeva

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg