23 iyul 2020-ci il tarixdə Sədərək Rayon Təhsil Şöbəsi tərəfindən pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin sertifikasiyası ilə bağlı onlayn müşavirə keçirilib.
Müşavirədə Təhsil Şöbəsinin əməkdaşları, rayon ümumtəhsil məktəblərinin direktorları və 53-ə yaxın müəllimi iştirak edib.
Tədbirdə çıxış edən Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov qeyd edib ki, son illər muxtar respublikada olduğu kimi Sədərək rayonunda da təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, muxtar respublikada ixtisaslı kadrların işlə təmin olunmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Daha sonra şöbə müdiri təhsilverənlərə qarşıdan gələcək sertifikasiya imtahanları barədə geniş məlumat verib və mövzu ətrafında geniş müzakirələr aparılıb.
Sonda Təhsil Şöbəsi tərəfindən hazırlanmış təhsilverənlərin sertifikatlaşdırma Qaydası haqqında videoslayt nümayiş olunub.
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti