Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 110 nömrəli qərarı ilə tətdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasına” əsasən Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində işləyən (əsasən attestasiya imtahanın beş ili tamam olan) təhsilverənlər üçün rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə kurikulum və pedaqogika üzrə 3 aylıq onlayn kurslara başlanılıb.
Kurslar Bist kənd tam orta məktəbinin direktoru, kurikulum üzrə təlimçi Sahil Əlizadənin dəstəyi ilə 22 iyul 2020-ci il tarixdən fəaliyyətə başlayıb.
Kursların ilk dərs günü rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov çıxış edərək sertifikatlaşdırma qaydaları, ümumi müddəalar, sertifikatlaşdırmanın təşkili, keçirilməsi haqqında təhsilverənlərə ətraflı məlumat verib. Şöbə müdiri müəllimləri maraqlandıran sualları cavablandırıb və onlara uğurlar arzulayıb.
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti