• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün11
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9117
mod_vvisit_counterBu ay4761
mod_vvisit_counterÜmumi2521577

Tarix: 04 May, 2024

Kəngərli rayon məktəbdənkənar tərbiyə müəssisələrində tədbirlər keçirilib

Kəngərli rayon məktəbdənkənar tərbiyə müəssisələrində “Yay məktəbi” adı altında məşğələlər təşkil edilir. Belə məşğələlərdən biri iyulun 23-də Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə şagirdlərə xalqımızın tarix süzgəcindən keçərək müasir dövrümüzə çatmış milli-mənəvi dəyərlərini dərindən mənimsətmək və xalqımızın tarixi keçmişinə, mədəni irsinə, milli dəyərlər sisteminə sonsuz məhəbbəti aşılamaq məqsədilə “Milli dəyərimiz” mövzusunda keçirilən onlayn tədbirdir.

Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fərqanə Əbilova tədbirin əhəmiyyətindən bəhs edərək bildirib ki, mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Qeyd edilib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib, bütün dövrlərdə adət-ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Tədbirin sonunda  milli-mənəvi dəyərlərimizi əks etdirən videoçarx şagirdlərə təqdim olunub.

Eyni gündə rayon Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə “Yay məktəbi” adı altında şagirdlərin şahmat biliyinin daha da artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən “Açıq debütlər, İtalyan oyunu” mövzusunda növbəti onlayn məşğələ rayonun 10 dərəcəli şahmatçısı tərəfindən izlənilib.

Məşğələni keçən Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Əli Hüseynzadə əvvəlcə “İtalyan oyunu”nun yaranması və tarixi haqqında şahmatçılara məlumat verib. Daha sonra isə debütün prinsipləri və ideyaları şahmatçılarla birlikdə müzakirə olunub və İtalyan oyununda debütdə buraxılan səhvlərə aid kombinasiyalar iştirakçı şagirdlər tərəfindən tapılıb.

Bunlarla yanaşı Qıvraq qəsəbə tam orta məktəbində də gənc futbolçuların futbol texnikasına hərtərəfli yiyələnməsinin təmin edilməsi, rasional texnikanın bütün müxtəlifliyinin dərindən mənimsədilməsi, idman-texniki hazırlıq prosesinin, onun texnikasının daim yaxşılaşdırılması məqsədilə “Futbolçuya məxsus hazırlıqlar” mövzusunda məşğələ keçirilib. Məşğələ Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə açıq havada təşkil olunub.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg