• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün372
mod_vvisit_counterDünən1103
mod_vvisit_counterBu həftə7921
mod_vvisit_counterBu ay41380
mod_vvisit_counterÜmumi2749903

Tarix: 21 Sent., 2024

“Yay məktəbi” adı altında tədbirlər davam edir

Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi dərnək üzvlərinin uşaqların yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilmiş kitabların müntəzəm olaraq mütaliəsini və müzakirəsini təşkil edir. 24 iyul 2020-ci il tarixdə Mərkəzin dərnək rəhbərləri və dərnək üzvlərinin iştirakı ilə Ernest Heminqueyin “Qoca və dəniz” povestinin müzakirəsi  keçirilib. Müzakirədə mərkəzin dərnək rəhbəri Məhbubə Məmmədova bildirib ki, yazıçı  əsərində insan və onun yaşamaq uğrunda mübarizəsini qələmə alıb. Bu baxımdan da insanın iradəsi və dözümündən bəhs edən “Qoca və dəniz” povesti həyatı tam mənası ilə əks etdirən yaradıcılıq nümunəsidir. Daha sonra povestin məzmunu və ideyası haqqında geniş məlumat verilib. Dərnək üzvləri povestin qəhrəmanları haqqında öz fikirlərini bildirib və şagirdləri  maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu” kitabının onlayn müzakirəsi keçirilib.

Müzakirənin keçirilməsində əsas məqsəd şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması, məktəblilərin dünya ədəbiyyatının nümayəndələri haqqında məlumatlılıq səviyyəsi, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətinin öyrənilməsi və bu sahədə fəallığı ilə fərqlənən şagirdlərin aşkara çıxarılıb qiymətləndirilməsidir.

Müzakirədə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Yunis Ələkbərov çıxış edərək şagirdlərə əsər haqqında geniş məlumat verib və müzakirələr aparıb, bu kitabın həcminə görə qısa olmasına baxmayaraq, çox mühüm kodeksləri özündə birləşdirən, sanki tək Avraam Linkolnun deyil, bütün valideynlər adından müəllimlərə bir müraciət olduğunu və kitabın ölkəmizin gələcəyi olan gənc nəslin mütaliə mədəniyyətinə marağının artırılmasına xidmət etdiyini vurğulayıb. Müzakirə zamanı şagirdlərin kitab haqqında fikirləri dinlənilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının tədbirlər planına uyğun olaraq 24 iyul    2020-ci il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində “Yay Məktəbi” adı altında onlayn məşğələ keçirilib. Məşğələni məktəbin direktoru Vahid Həsənov açaraq yay tətili dövründə şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsində onlayn məşğələlərin şagirdlər üçün əhəmiyyətindən danışıb. Məşğələ zamanı məktəbin məşqçi müəllimi Həsənzadə Toğrul “Fransız müdafiəsinin əsas prinsipləri” mövzusunda şahmatsevərlərə ətraflı məlumat verib. Dərsin sonunda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbində “İdman sağlamlıqdır” mövzusunda açıq havada məşğələ keçirilib.

Məşğələnin keçirilməsində məqsəd şagirdlər arasında idmanın təşviqi və təbliği, onların sağlamlığının möhkəmləndirilməsi, hərtərəfli inkişafı, o cümlədən sağlam həyat tərzinin formalaşdırılmasından ibarətdir.

Məşğələdə Uşaq-gənclər idman məktəbinin qrup rəhbəri Səməd Səmədov idmanın sağlamlığa faydaları haqqında şagirdləri məlumatlandırıb.

Şərur Rayon Turist Diyarşünaslıq Mərkəzinin “Tarixi abidələrin mühafizəsi və təbliği ” mövzusunda  Tarix Diyarşünaslıq muzeyinə baxış olub və açıq havada dərs keçirilib.

“Yay məktəbi” adı altında Babək Rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzində dərnək üzvlərinin iştirakı ilə “Xalq ilə yüksələn lider” mövzusunda onlayn məşğələ keçirilib. Mərkəzin dərnək rəhbəri Şamama Məmmədova aparıb. Sonda dərnək üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Şərur rayon Dəmir yol istirahət parkında “Yay məktəbi” adı altında açıq hava dərsi keçirilib və rayon Uşaq Gənclər İdman məktəbində “İdman sağlamlıqdır” mövzusunda onlayn dərs keçirilib. Dərsdə məktəbin direktoru Pərviz Əsədov, məşqçi müəllim Rasim İsgəndərov və idmançılar iştirak  ediblər.

Sədərək​ Rayon Təhsil Şöbəsinin, Gənclər və  İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək rayon  bölməsinin, və Uşaq Gənclər Şahmat məktəbinin birgə​ təşkilatçılığı ilə uşaqların yay tətilini səmərəli keçirilməsi məqsədilə Sədərək Rayon Şahmat  Mərktəbi üzrə (tempo) turniri keçirilib.

Keçirilən yarışda Sədərək rayon Təhsil Şöbəsinin əməkdaşları, Şahmat məktəbinin məşqçi müəllimləri və 26-ı qız və oğlan şahmatçı şagird iştirak edib.

Tədbirdə çıxış edən Sədərək Rayon Şahmat Məktəbinin dərs hissə müdiri Valeh İbrahimzadə  keçirilən yarış barədə şagirdlərə məlumat verərək Tempo turnirini açıq elan edib.

Keçirilən turnirin yekun nəticələrinə əsasən oğlanlar arasında I yerə Anar  İbrahimzadə, II yerə Elgün  Salahsoy və III yerə isə Ülvi  Zamanov layiq görülmüşlər. Qızlar arasından isə I yerə Nurşən İbrahimzadə, II yerə Nuray İbrahimova və III yerə Aysu Qədimova layiq görülüb.

Sonda ilk üçlük daxil olmaqla 6 şahmatçı təşkilatçılar tərəfindən diplom və pul mükafatları ilə təltif olunublar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg