25 iyul 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilərdə təbiət hissi aşılamaq və onların ekoloji biliklərini artırmaq məqsədilə Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvlərinin və dərək rəhbərlərinin iştirakı ilə “Bitkilərin təbiət və insan həyatında rolu” mövzusunda onlayn məşğələ keçirilib.
Məşğələdə mərkəzin dərnək rəhbəri Gülnar İsmayilova məşğələnin şagirdlərin ekoloji biliklərinin daha da inkişaf etdirilməsinə yaxşı stimul verməklə yanaşı, muxtar respublika təbiətinə dair biliklərin təbliği məqsədi daşıdığını qeyd edib və dərnək üzvlərinə bitki mənşəli məsulların insan həyatında rolu, biliklərin kimyəvi təsirinin öyrənilməsi, onlardan sağlamlığın qorunması və müalicəsində daha geniş istifadə edilməsi, təbabətdə və xalq təsərrüfatında əhəmiyyəti haqqında onlara ətraflı məlumat verib.
Məşğələnin sonunda dərnək üzvlərini maraqlandıran suallar cavablandırııb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti