Bu gündən Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası”na əsasən kurikulum və pedaqogika üzrə üç aylıq onlayn kursalara start verilib.
Kurs Göydərə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Asudə Məmmədova tərəfindən tədris olunacaq.
İlk dərs günü Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev çıxış edərək sertifkatlaşdırma qaydalarının ümumi müddəaları haqqında müəllimlərə ətraflı məlumat verib və onlara uğurlar arzulayıb. Şöbə müdiri müəllimləri maraqlandıran sualları cavablandırıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti