Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzidə dərnək üzvlərinin yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra müsabiqələr, bilik yarışları, muzeylerə onlayn ekskursiyalar təşkil edilir. Belə məşğələlərdən biri də 29 iyul 2020-ci il tarixdə Bədii tikmə dərnəyi ilə təşkil olunub. Məşğələdə dərnək rəhbəri Şərqiyyə Əliyeva dərnək üzvələrinə Azərbaycanda dekorativ sənətin ən qədim və ən geniş yayılmış parça üzərində əlvan saplarla işlənən bədii tikiş növü haqqında danışıb, doldurma, düyün və zəncirvari tikiş növləri haqqında məlumat verib və dərnək üzvlərinə tikiş qaydasını öyrədib. Məşğələnin sonuna qədər dərnək üzvləri tikiş qaydaları ilə əllərindəki çəkilmiş rəsmləri doldurubar.
29 iyul 2020-ci il tarixdə Culfa Rayon Bənəniyar kənd tam orta məktəbində açıq havada rayon ümumtəhsil məktəblərinin oğlan və qız şagirdləri arasında uşaqların yay tətilini səmərəli keçirmələri üçün stolüstü tennis yarışı keçirilmişdir. Yarış Culfa Rayon Təhsil Şöbəsi və Culfa Rayon Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışın yekun nəticəsinə görə Süleyman Quluzadə I yerə, Günay Nəsirli II yer, Rüqəyya Əlizadə isə III yerə layiq görülüb. Sonda qalib idmançılara və fərqlənənlərə diplomlar təqdim edilib.
Həmçinin bu gün Şərur Rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzində dərnək üzvlərinin iştirakı ilə esse yazı müsabiqəsi keçirilib. Müsabiqə mərkəzin dərnək rəhbəri Bilqeyis Fərəcova tərəfindən aparılıb. Müsabiqədə Şərur şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Humay Hüseynova və Könül İsmayılova, Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Rübabə Əliyeva və Lalə Abdullayeva daha fəal iştirak ediblər.
Bunlarla yanaşı Sədərək Rayon Təhsil Şöbəsi, Sədərək rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzi və İdman Məktəbinin birgə təşkilatçılığı ilə mərkəzin İnformatika dərnəyinin üzvlərinə “Kompüterlər nəyi öyrənir?” mövzusunda onlayn açıq dərs keçirilib. Açıq dərsdə Təhsil Şöbəsinin əməkdaşları, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin İnformatika dərnəyinin rəhbəri və dərnək üzvləri iştirak edib. Dərnəyin rəhbəri Məmməd Rzayev şagirdlərə kompüterin faydaları haqqında geniş məlumat verərib. Maraqlı keçən dərsin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti