Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Üzgüçülük Mərkəzinin birgə təşkilatçılığı ilə 30 iyul 2020-ci il tarixdə Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin qız şagirdləri arasında stolüstü tennis üzrə şəxsi birincilik keçirilib.
Tədbirdə yarışın təşkilatçıları əvvəlcə yarışın keçirilməsi qaydaları haqqında məlumat verib, sonra idmançılara uğurlar arzulayıblar.
Birinciliyin yekununa əsasən, 2 nömrəli tam orta məktəbin şagirdi Səkinə Cəlilzadə I yerə, 16 nömrəli tam orta məktəbin şagirdi Sara Məmmədova II yerə, 9 nömrəli tam orta məktəbin şagirdi Sahilə Əliyeva və 1 nömrəli tam orta məktəbin şagirdi Aysel Nadirova isə III yerlərə layiq görülüblər.
Sonda qalib idmançılar diplomla mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti