27 iyul 2020-ci il tarixindən etibarən Sədərək Rayon Təhsil Şöbəsi tərəfindən rayon ümumtəhsil məktəblərinin direktorlarının və müəllimlərinin iştirakı ilə pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin sertifikasiyası ilə bağlı onlayn seminarlara başlanılıb.
Seminarlarda Təhsil Şöbəsinin Müdiri və Metodikabinə müdiri, ümumtəhsil məktəblərinin direktorları və ümumtəhsil məktəblərinin müəllimləri iştirak edib.
Qeyd edək ki, keçirilən seminarlar qrafikə uyğun olaraq ayrı-ayrı fənləri əhatə edir. Hazırda davam edən seminarlarda ümumilikdə yüzə yaxın müəllim iştirak edib və bundan sonra da seminarlar mütəmadi olaraq davam etdiriləcəkdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti