Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində 30 iyun 2020-ci il tarixdə “1 avqust-Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü” münasibətilə onlayn tədbir keçirilib. Tədbiri mərkəzin direktoru Nubar Allahverdiyeva açaraq bildirib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dilimizin təkmilləşdirilməsi və beynəlxalq səviyyədə tanıdılması üçün mühüm addımlar atılmış,
2001-ci ilin avqust ayında ümumilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü” haqqında Sərəncam imzalanmışdır. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev xalqımızın mənəvi sərvəti olan doğma ana dilimizin qorunmasında və təbliğində əvəzsiz rol oynamış, onun qayğısı ilə ədəbiyyat küliyyatı latın qrafikalı əlifbaya keçirilmiş, Azərbaycan Ensklopediyası nəşr olunmuşdu.
Daha sonra tədbirdə dərnək rəhbərləri Bədirə Zeynalova “Dilimizin kamilləşməsində əlifbanın rolu”, Məhbubə Məmmədova “Azərbaycan dili dövlətçilik tarixində”, Humay Gülməmmədova isə “Ən əlamətdar tarixi gün” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda dərnək üzvlərinin bədii qiraəti dinlənilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti