• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün306
mod_vvisit_counterDünən1113
mod_vvisit_counterBu həftə9567
mod_vvisit_counterBu ay30973
mod_vvisit_counterÜmumi2971784

Tarix: 19 Yan., 2025

Kəngərli rayonunda “Yay məktəbi” adı altında məşğələlər keçirilib

27 iyul 2020-ci il tarixdə Qıvraq qəsəbə mərkəzi stadionunda Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında yüngül atletikanın qaçış növü üzrə rayon birinciliyi keçirilib. Yarışın keçirilməsində məqsəd məktəblilər arasında yüngül atletika idman növünün kütləviliyinə nail olunması, gənc nəslin idmana olan marağının artırılması, şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət idi.

Yarışda rayon ümumtəhsil məktəblərindən 24 şagirdin iştirakı təmin edilib.  200 və 800 metr məsafəyə qaçış üzrə keçirilən yarışın sonunda 200 metr məsafəyə qaçışda Xok kənd tam orta məktəbinin şagirdi Elsevər Məmişov I yerə, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Fərid İbrahimov II yerə, Qarabağlar kənd 1nömrəli tam orta məktəbin şagirdi Eltun Səfərov   III yerə, Qabıllı kənd tam orta məktəbinin şagirdi Suat Eyvazov isə həvəsləndirici yerə layiq görülüb. 800 metr məsafəyə qaçışda isə Xok kənd tam orta məktəbinin şagirdi Süleyman Abdullayev I yerə, Təzəkənd tam orta məktəbinin şagirdi Fərda Əsgərli II yerə, Çalxanqala kənd tam orta məktəbinin şagirdi Səftər Məmmədov III yerə, Xıncab kənd tam orta məktəbinin şagirdi Fərid Rüsəmov həvəsləndirici yerə layiq görülüb. Sonda qaliblər təşkilatçılar tərəfindən diplomla mükafatlandırılıb.

Eyni zamanda Kəngərli Rayon Təhsil Şöbəsinin və  Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bigə təşkilatçılığı ilə şagirdlər arasında oxuduqları əsərlər barədə onlayn esse müsabiqəsi  keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin düşüncə bacarığını formalaşdırmaq, sərbəst fikir ifadə etmə bacarığını inkişaf etdirmək və məktəblilərin ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarətdir. Müsabiqədə rayonun 12 ümumtəhsil məktəbindən 24 şagird iştirak edib. Yekun nəticəyə əsasən Qabıllı kənd tam orta məktəbin IX sinif şagirdi Əsgərova Həqiqət  I yerə, Təzəkənd tam orta məktəbin X sinif şagirdi Babayeva Nigar  II yerə, Böyükdüz kənd tam orta məktəbin IX sinif şagirdi Quliyev Cəfər III yerə layiq görülüb. Sonda müsabiqənin qalibləri diplomla mükafatlandırılıb.

Həmçinin 28 iyul 2020-ci ildə Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə rəsm dərnəyi üzrə “Naturmort: karandaş ilə həndəsi qurmalar” mövzusunda onlayn məşğələ keçirilib. Məşğələnin keçirilməsində əsas məqsəd şagirdlərin maraq və bacarıqlarının, yaradıcı qabiliyyətlərinin aşkarlanması, onların müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunmasından ibarət idi. Məşğələdə dərnək rəhbəri Kübra Hümbətova naturmort janrı barədə kiçik təqdimatlar edib. Janrın incəliklərinə toxunaraq şagirdlərə ətaflı məlumat verib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Yeniyetmələri  sağlam həyat  tərzinə cəlb etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və mini futbolu təbliğ etmək məqsədilə  28 iyul 2020-ci il tarixdə Kəngərli rayonunda mini futbol yarışı keçirilib. Yarış Kəngərli Rayon Təhsil Şöbəsinin, Uşaq-gənclər idman məktəbinin, Kəngərli Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  açıq havada təşkil olunub. Yarışda Uşaq-gənclər idman məktəbinin 4 komandası iştirak edib. Yekun nəticəyə əsasən, U-13 komandası I yerə, U-12 komandası II yerə,  U-14 komandası isə III yerə layiq görülüb. Mini futbol yarışının qalib komandaları diplomlarla təltif olunub.

Məktəblilər arasında tennis idman növünün kütləviliyinə nail olmaq və şagirdlərin fəal idman həyatına cəlb edilməsi məqsədilə 29 iyul 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsi, Uşaq-Gənclər İdman Məktəbi və Kəngərli Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin qız şagirdləri arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib. Yarışda 12 şagirdin iştirakı təmin edilib.Yekun nəticəyə əsasən, Əsgərova Nurgül I yerə, Kərimova Ayla II yerə, Cəfərova Şəhanə III yerə, Fərəcova Elif isə həvəsləndirici yerə layiq görülüb. Yarışın qalibləri diplomla mükafatlandırılıb.

Voleybol  idman növünü daha da inkişaf etdirmək və gənc nəslin idmana olan marağını artırmaq məqsədilə 30 iyul 2020-ci il tarixdə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin stadionunda voleybol idman növü üzrə  oğlan şagirdlər arasında rayon birinciliyi keçirilib. Yarış Kəngərli Rayon Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Kəngərli Rayon bölməsi, Uşaq-Gənclər İdman Məktəbi və Kəngərli Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışda 4 ümumtəhsil məktəbinin komandası iştirak edib.  Yarışın sonunda Çalxanqala kənd tam orta məktəbin komandası I yerə, Qıvraq qəsəbə tam orta məktəbin komandası II yerə, Şahtaxtı kənd tam orta məktəbin komandası III yerə və Xok kənd tam orta məktəbin komandası həvəsləndirici yerə layiq görülüb. Yarışın qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Eyni zamanda bu gün Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” mövzusunda onlayn şeir müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin məktəblilərin yay tətilini səmərəli keçirmələri ilə bağlı “Tədbirlər Planı”nın icrasını təmin etmək, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə əlaqədar məktəblərin əldə etdiyi bilikləri təkmilləşdirmək, nitq mədəniyyətlərini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkədən ibarətdir. Müsabiqədə 12 şagirdin iştirakı təmin edilib. Müsabiqənin sonunda Böyükdüz kənd tam orta məktəbin şagirdi Məmmədova Küşvər I yerə, Xok kənd tam orta məktəbin şagirdi Məmmədova Sehri II yerə, Şahtaxtı kənd tam orta məktəbin şagirdi Əliyev Zahid III yerə, Qabıllı kənd tam orta məktəbin şagirdi Əsgərova Həqiqət isə həvəsləndirici yerə layiq görülüb. Müsabiqənin qalibləri diplomla mükafatlandırılıblar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg