• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün304
mod_vvisit_counterDünən1113
mod_vvisit_counterBu həftə9565
mod_vvisit_counterBu ay30971
mod_vvisit_counterÜmumi2971782

Tarix: 19 Yan., 2025

Texniki Yaradıcılıq Mərkəzi tərəfindən 16-30 iyul tarixlərində keçirilən “Yurdumuzu tanıyaq və tanıdaq” virtual foto müsabiqəsinin nəticələri elan olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Texniki Yaradıcılıq Mərkəzində 16-30 iyul tarixləri arasında “Yurdumuzu tanıyaq və tanıdaq” devizi altında  virtual foto müsabiqəsi təşkil edilmişdir. Müsabiqənin kerçirilməsində əsas məqsəd yay tətili müddətində məktəblilərin asudə vaxtlarının səmərəli təşkili və eyni zamanda müsabiqənin şərtlərinə görə yurdumuzun abad yaşayış yerlərini, tarixi abidələrini, füsünkar təbiət mənzərələrini, abad yollarını, barlı-bəhərli meyvə bağlarını, qəhrəmanlıq tariximizi yaşadan xatirə komplekslərini və muzeylərini, Naxçıvanın özünəməxsus kulinariyasını əks etdirməklə şagirdlərə vətənpərvərlik tərbiyəsini və milli-mənəvi dəyərləri aşılamaq idi.

Müsabiqə məktəblilər tərəfindən böyük maraqla qarşılanmış və müsabiqədə muxtar respublikanın əhatə etdiyi ümumtəhsil məktəblərindən 398 şagird iştirak etmişdir. Hər bir məktəblinin bir fotoşəkillə qatıldığı müsabiqəyə göndərilən şəkillər Texniki Yaradıcılıq Mərkəzinin instaqram səhifəsində yerləşdirilmiş və müsabiqənin qalibləri  03 avqust 2020-ci il tarixdə müəyyənləşdirilmişdir.

“Yurdumuzu tanıyaq və tanıdaq” virtual foto müsabiqəsinin nəticələrinə görə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin I sinif şagirdi Əsədova Aysu Turqut qızı “Biləv kəndində tarixi körpü qalığı” fotosu ilə I yerə, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin VIII sinif şagirdi İbrahimli Duyqu Nüsrəddin qızı “ Əlincə qalası” və Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbinin VIII sinif şagirdi Bayramova Şəfaət Kamal qızı isə “Heydərabad qəsəbəsi” fotosu ilə II yerə, Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin II sinif şagirdi Məmmədli Fidan Malik qızı “Əshabi-Kəhf”, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Səyyadova Fidan Fariz qızı “Möminə Xatun məqbərəsi” və Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin V sinif şagirdi Mehdiyeva Fatimə Aydın qızı isə “Payız gölü” fotosu ilə III yerə layiq görülmüşdür. Həmçinin müsabiqədə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin I sinif şagirdi Nəsirov Yusif Famil oğlu “Batabat”, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin VI sinif şagirdi İsmayılov Cəsur Adəm oğlu “Kırna kəndindən İlandağın görünüşü”, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin II sinif şagirdi Məmmədova Arzu Nicat qızı “Qarabağlar türbəsi”,   Ordubad rayon Nüsnüs kənd  tam orta məktəbin VI sinif şagirdi Salehova Zərif Mehman qızı “Nüsnüs kəndi”, Kəngərli rayon Təzəkənd tam orta məktəbin X sinif şagirdi Əsgərli Püstə Ziya qızı “Pəzməri şəlaləsi” və Sədərək rayonunun Sədərək kənd tam orta məktəbinin X sinif şagirdi Vəliyeva Nurtən Həmzə qızı isə “Təndir çörəyi” fotoları ilə həvəsləndirici yerə layiq görülmüşdür.

Müsabiqənin sonunda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılmışdır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg