Bu gün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Turist Diyarşünaslıq Mərkəzində dərnək üzvlərinə “Sağlamlığımızı qoruyaq” mövzusunda onlayn dərs keçirilib. Şagirdlərin biliklərinin möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən dərsdə dərnək rəhhəri Urfanə Qasımova dərnək üzvlərinə sağlamlığımıza zərər verən amillər və onlardan qorunmaq üsulları haqqında məlumat verib və bildirib ki, sağlamlığımızı möhkəmləndirmək və qorumaq üçün şəxsi gigiyena və təmizliyə riayət etməli, ətraf mühiti təmiz saxlamalı, düzgün istirahət etməli, idmanla məşğul olmalı və ən əsası yoluxucu xəstəliklərdən qorunmaq üçün qaydalara düzgün əməl etməliyik.
Daha sonra şagirdlərin bilikləri yoxlanılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti