• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün600
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9863
mod_vvisit_counterBu ay42195
mod_vvisit_counterÜmumi2509460

Tarix: 26 Apr., 2024

“12 avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə Uzunoba gölü ətrafında təmizlik aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil,  Gənclər və İdman nazirlikləri və Gənclər Fondunun birgə təşkil etdiyi aksiyada 30 gənc iştirak edib. Aksiyanı keçirməkdə məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, ekoloji durumun yaxşılaşdırılması, gənclərin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdən ibarət olub.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Ayaz Cabbarov və Gənclər Fondunun əməkdaşı Arzu Qasımov bildiriblər ki, 1998-ci ildə hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən hər il Beynəlxalq Gənclər Günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur. Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bu gün gənclərin asudə vaxtlarının səmərəli təşkili dövlət gənclər siyasətinin tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasında da bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, gənclərin mənalı istirahəti təmin edilir. Gənclərin müasir dövrün tələb və çağırışlarına hazırlıqlı olması, ən müasir biliklərə yiyələnməsi, beynəlxalq aləmdə rəqabətə davamlı şəkildə yetişmələri daim diqqət mərkəzində saxlanılır. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər çoxluq təşkil edir. Bu gün diyarımızda gənclər milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır. Ən əsası isə muxtar respublika gəncləri dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.

Çıxışlardan sonra aksiya iştirakçılarına təmizlik avadanlıqları paylanılıb, gölün ətrafı tullantı və daşlardan təmizlənib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg