5 avqust 2020-ci il tarixdə Culfa Rayon Uşaq Gənclər İdman Məktəbində uşaqların yay tətilini səmərəli keçirmələri üçün voleybol üzrə onlayn nəzəri məşğələ keçirilib. Məşğələnin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin bu idman növünə marağını artırmaq, yay tətili dövründə şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək olub.
Tədbirdə məktəbin məşqçi müəllimi Afrəddin Cəfərov çıxış edərək şagirdlərə “Topun altdan və yuxarıdan oyuna daxili” mövzusunda məlumat verib və voleybol oyununda topun aşağıdan və yuxarıdan oyuna daxilini düzgün yerinə yetirilməsi nəzəri şəkildə şagirdlərə başa salınıb və lazımi izahatlar verilib.
Sonda şagirdləri maraqlandıran suallar məşqçi müəllim tərəfindən cavablandırılıb.
Eyni zamanda Şərur rayon Uşaq Gənclər İdman Məktəbində “İdman sağlamlıqdır” mövzusunda onlayn dərs keçirilib. Dərsdə məktəbin müəllimləri və idmançı şagirdləri iştirak edib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti