Babək və şahbuz Rayon Təhsil Şöbələri tərəfindən müəllimlərin sertifikatlaşdırılmasına aid onlayn müzakirə keçirilib. Müzakirədə sertifikatlaşdırma qaydalarının ümumi müddəaları haqqında müəllimlərə ətraflı məlumat verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, avqustun 4-dən Babək Rayon Təhsil Şöbəsi , avqustun 6-dan isə Şahbuz Rayon Təhsil Şöbəsi tərəfindən “Naxçıvan Muxtar Respublikasının dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikartlaşdırılma Qaydası”na əsasən bütün fənlər üzrə onlayn kurslara start verilib. Qrafikə uyğun keçiriləcək kurslara bütün fənn müəllimləri cəlb olunub. Kurslar ixtisaslı müəllimlər tərəfindən aparılır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti