Kəngərli rayon Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə “Yay məktəbi” adı altında “Toplar 2-ci və 7-ci üfüqi xəttə” mövzusunda onlayn məşğələ keçirilib.
Şahmata yeni başlamış 10 şahmatçısı tərəfindən izlənilən məşğələnin keçirilməsində məqsəd şahmatçılara top sonluqlarında topların 2-ci və 7-ci üfüqi xətlərdə hücum üçün necə əhəmiyyətli olduğunu və topların üfüqi xətt boyu birləşməsinin vacibliyinin aşılanmasından ibarət olub.
Məşğələni keçən Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Əli Hüseynzadə əvvəlcə topların 2-ci və 7-ci üfüqi xətlərdə rəqibə hücum üçün necə əhəmiyyətli mövqe olduğunu nümunəvi oyunlar üzərində göstərib. Vurğulanıb ki, qara fiqurlarla oynadıqda 2-ci, ağ fiqurlarla oynadıqda isə 7-ci üfüqi xətlər ona görə vacibdir ki, piyada zəiflikləri bu xətlərdən başlayır.
Sonda mövzuya aid məsələ və kombinasiyalar şagirdlər tərəfindən tapılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti