• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün603
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9866
mod_vvisit_counterBu ay42198
mod_vvisit_counterÜmumi2509463

Tarix: 26 Apr., 2024

Naxçıvan şəhər məktəbliləri ilə kitab müzakirəsi keçirilib

Avqustun 11-də Naxçıvan şəhər ümumtəhsil məktəblərinin X və XI sinif şagirdləri arasında “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının onlayn müzakirəsi keçirilib. Müzakirədə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Naxçıvan şəhər 8 nömrəli və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavinləri və 40 şagird iştirak edib.

Müzakirəni giriş sözü ilə açan Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova qeyd edib ki, xalqın və millətin inkişafı gənc nəslin intellektual səviyyəsindən, bilik və bacarığından, Vətənə layiq əsl vətənpərvər kimi yetişməsindən asılıdır.

Bildirilib ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabı bütün azərbaycanlılar üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji məqamları əhatə edir. Bu mənada, həmin müraciətdəki mühüm məqamlarla tanış olmaq, öyrənmək hər birimiz üçün vacibdir. Ulu öndərin həmin müraciətinə üz tutan istənilən oxucu müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yolu bir daha nəzərdən keçirmiş olur, gələcək inkişafımızın istiqamətləri barədə məlumatlar əldə edir. Ona görə də gənc nəslin Heydər Əliyev irsini dərindən öyrənməsi, onlara milli dövlətçilik, vətənpərvərlik hisslərinin aşılanması baxımından önəmlidir.

Daha sonra “Naxçıvan Tarixi” kitabının müəllifləri, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Xülya Seyidova, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Təhminə İbrahimova müzakirə iştirakçılarına məlumat veriblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin iş planına əsasən şagirdlərin yay tətilinin səmərəli keçirilməsi məqsədi ilə siyahıya daxil olan kitabların müzakirəsi mütəmadi olaraq təşkil edilir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg