Bu gün Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində “12 avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında stolüstü tennis üzrə şəxsi birincilik keçirilib.
Birinciliyi Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov açıq elan edərək Gənclər Günü münasibətilə idmançıları təbrik edib. Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov və Naxçıvan Şəhər Üzgüçülük Mərkəzinin direktoru Ramin Talıbov yarışın qaydaları haqqında məlumat verərək idmançılara uğurlar arzulayıblar.
Birinciliyin yekun nəticələrinə əsasən, 10 nömrəli tam orta məktəbin şagirdi Nihal İmanov I, 14 nömrəli tam orta məktəbin şagirdi Sərvan Məmmədov II, 9 nömrəli tam orta məktəbin şagirdi Sədəli Mazanov və 2 nömrəli tam orta məktəbin şagirdi Fərid Nəcəfov isə III yerlərə layiq görülüblər.
Sonda qalib idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti