• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün133
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5222
mod_vvisit_counterBu ay32847
mod_vvisit_counterÜmumi2463336

Tarix: 29 Mart, 2024

Sədərək rayonunda “Yay məktəbi” adı altında tədbirlər dəvam edir

Avqustun 12-də Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər İdman məktəbin birgə təşkilatçılığı ilə “12 avqust-Beynəlxalq Gənclər Günü” ilə əlaqədar gənclər arasında stolüstü tennis yarışı keçirilib. Yarışda Təhsil Şöbəsinin əməkdaşları, Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimləri, şagirdləri və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Maraqlı keçən oyunun yekun nəticələrinə əsasən I yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi İnci Salahova, II yerə Sədərək Rayon Uşaq Gənclər İdman məktəbinin dərnək üzvü Lalə Adınayeva, III yerə isə Sədərək kənd 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Fəxriyyə Salahova layiq görülüblər. Qaliblər sonda təşkilatçıların diplom və pul mükafatı ilə mükafatlandırılıblar.

Həmçinin “12 avqust-Beynəlxalq Gənclər Günü” ilə əlaqədar X-XI sinif şagirdləri arasında şahmat üzrə onlayn yarış keçirilib. Yarışda Sədərək Rayon​ Uşaq Gənclər Şahmat Məktəbinin şahmat müəllimləri, Təhsil Şöbəsinin əməkdaşları və ümutəhsil məktəblərinin şagirdləri iştirak edib. Tədbirdə çıxış edən Təhsil Şöbəsinin müdiri Malik İsmayılov şagirdlərə yarışın keçirilməsi barədə məlumat verərək şagirdlərə uğurlar arzulayıb. Yarışın yekun nəticələrinə əsasən I yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbin XI sinif Şagirdi Elgün Əliyev, II yerə Sədərək kənd 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Zeynəb Cəlilova, III yerə isə Heydərabad qəsəbə tam orta məktəbinin X sinif şagirdi Ayhan Zamanov layiq görülüb. Sonda qaliblər təşkilatçıların diplom və qiymətli hədiyələri ilə mükafatlandırılıblar.

Eyni zamanda Sədərək Rayon Heydərabad qəsəbəsinin mini futbol meydançasında Sədərək Rayon Təhsil Şöbəsi və Naxçıvan​ Muxtar Respublikası Futbol​ Federasiyasının Sədərək Rayon Bölməsinin əməkdaşları, Sədərək Rayon Uşaq-Gənclər İdman Məktəbinin dərnək üzvüləri və ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında mini futbol üzrə yoldaşlıq görüşü keçirilib. Gərgin və maraqlı keçən yarışın sonunda İştirakçılar​ təşkilatçıların diplom, fəxri fərman və futbol topları  ilə mükafatlandırılıblar.

Bunlarla yanaşı Sədərək​ Rayon Uşaq-Gənclər Yaradıcılıq ​Mərkəzində Məktəblilər arasında oxuduqları əsərlər haqqında onlayn esse yazı müsabiqəsi keçirilib.​ Təhsil Şöbəsinin əməkdaşları, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri və ümumtəhsil məktəblərinin   şagirdlərinin iştirak etdiyi esse yazı müsabiqəsinin qalibi olmuş 8 şagirdin esse yazısı Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin instaqram səhfəsində  keçirilən müsabiqəyə göndərilib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg