Bu gün Kəngərli rayon Uşaq-gənclər şahmat məktəbinin təşkilatçılığı ilə “Yay məktəbi” adı altında “Yarımaçıq debütlər, Fransız müdafiəsi” mövzusunda növbəti onlayn məşğələ keçirilib. Məşğələnin keçirilməsində məqsəd şahmatçılara Yarımaçıq debütlər haqqında ətraflı məlumat vermək və ən məhşur debütlərdən biri olan Fransız müdafiəsinin oyunlar üstündə analizindən ibarət olub.
Rayonun 10 dərəcəli şahmatçısı tərəfindən izlənilən məşğələdə Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Əli Hüseynzadə əvvəlcə Yarımaçıq debütlər haqqında şagirdlərə məlumat verib. Daha sonra Fransız müdafiəsinin daxilindəki Rubişteyn, Tarraş və Vinaver variantları ilə şahmatçılar tanış olub. Fransız müdafiəsində Rubişteyn variantına aid Yudit Polqar və Vladimir Kramnik arasında oynanılmış oyun şahmatçılarla birgə analiz edilib.
Sonda Fransız müdafiəsində debütdə buraxılmış səhvlərə aid kombinasiyalar şagirdlər tərəfindən tapılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti