Bu gün Naxçıvan Şəhər Peşə Liseyində Naxçıvan şəhər ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərlə onlayn marifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi olub.
Tədbirdə çıxış edən liseyin direktoru Sona Əliyeva şagirdlərə liseyin fəaliyyəti və orada yaradılan şərait, liseydə tədris olunan kurslar, onların əhəmiyyəti, peşə təhsili müəssisələrində əmək bazarının tələblərinə və dövlət proqramlarına uyğun ixtisaslı kadrların hazırlanması ilə bağlı şagirdlərə geniş məlumat verib.
Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti