• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün199
mod_vvisit_counterDünən1113
mod_vvisit_counterBu həftə9460
mod_vvisit_counterBu ay30866
mod_vvisit_counterÜmumi2971677

Tarix: 19 Yan., 2025

Naxçıvanda müəllimlər üçün test imtahanlarının keçirilməsinə başlanılıb

Bu gündən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanlarına start verilib.

Test imtahanlarında iştirak etmək üçün 101 nəfər sənəd təqdim edib. İmtahanda hər bir namizədə, ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir. Sualları cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.

Test imtahanları 22 avqust 2020-ci il tarixədək davam edəcəkdir.

Qeyd edək ki, müəllimlərin qiymətləndirilməsi onların bilik və bacarıqlarının üzə çıxarılması, uğur qazananların həftəlik dərs yükü normasının optimallaşdırılması, aylıq vəzifə maaşlarının artırılması və maddi rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Qanunvericiliyə uyğun olaraq müəssisələrin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınır, qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılır. İndiyədək Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün 2 test imtahanı keçirilib, imtahanlarda 499 müəllim iştirak edib və 417 müəllim uğur qazanıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg