• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün191
mod_vvisit_counterDünən1113
mod_vvisit_counterBu həftə9452
mod_vvisit_counterBu ay30858
mod_vvisit_counterÜmumi2971669

Tarix: 19 Yan., 2025

Ekoloji Tərbiyə Mərkəzində onlayn məşğələ keçirilib

Avqustun 17-də Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzində dərnək üzvləri və dərnək rəhbərlərinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının flora və faunası” mövzusunda onlayn məşğələ keçirilib. Məşğələni mərkəzin dərnək rəhbəri Süsən Əliyeva tədris edib.

Keçirilən məşğələnin məqsədi muxtar respublikanın təbiəti ilə şagirdləri yaxından tanış etmək, təbiətə məhəbbət hissini aşılamaq, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və ekoloji biliklərə sahib olmağın  yolları barədə onlara köməklik göstərməkdən ibarət  idi.

Məşğələdə qeyd edilib ki, muxtar respublikanın zəngin təbii sərvətləri, flora və faunası dərindən öyrənilmiş, biomüxtəlifliyin taksanomik tərkibi dəqiqləşdirilmiş, onlardan davamlı istifadə imkanları və mühafizə planları hazırlanmışdır. Muxtar respublikanın ərazisində yabanı flora biomüxtəlifliyində 170 fəsiləyə və 874 cinsə aid 2835 növ ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitki mövcuddur ki, bu da ümumilikdə Azərbaycan florasının 63%-ni təşkil edir. Bütün bunlar isə muxtar respublika ekologiyasına göstərilən diqqət sayəsində mümkün olmuşdur.

Bildirilib ki, əlverişli mühitin yaradılmasında ən mühüm amillərdən biri meşə ehtiyatlarının qorunması,  bərpası və artırılmasıdır.  Ətraf mühitin və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu da böyükdür. Buna görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır.

Sonda dərnək üzvlərini maraqlandıran suallar dərnək rəhbəri tərəfindən cavablandırılıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg