Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tabeliyindəki ümumtəhsil məktəblərində yaranan vakant hərbi rəhbər vəzifələrinin tutulması üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək istəyən şəxslər 01-10 sentyabr 2020-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində yaradılmış komissiyaya müvafiq sənədlərini təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müsabiqədə ali təhsilli Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtsasını bitirmiş, hərbi xidmətini başa vurmuş, yaşı 35-dək olan namizədlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri komissiyaya təqdim etməlidirlər:
1. Ərizə
2. Kadr anketi
3. Tərcümeyi-hal
4. Diplomun surəti
5. Hərbi biletin surəti
6. Şəxsiyyət vəsiqəsinin surəti
Müsabiqə şərtləti ilə maraqlananlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin (036) 545-02-06 nömrəli əlaqə telefonu və ya Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.
Sıra № |
Məktəbin adı |
Vəzifə |
Ştat sayı |
Şərur rayonu üzrə |
|||
1. |
Xanlıqlar kənd tam orta məktəbi |
Hərbi rəhbər |
1 |
2. |
Şəhriyar kənd tam orta məktəbi |
Hərbi rəhbər |
1 |
3. |
Tumaslı kənd tam orta məktəbi |
Hərbi rəhbər |
1 |
Ordubad rayonu üzrə |
|||
1. |
Əndəmiç kənd tam orta məktəbi |
Hərbi rəhbər |
1 |
2. |
Çənnəb kənd tam orta məktəbi |
Hərbi rəhbər |
1 |
3. |
Bist kənd tam orta məktəbi |
Hərbi rəhbər |
1 |
4. |
Gənzə kənd tam orta məktəbi |
Hərbi rəhbər |
1 |
Şahbuz rayonu üzrə |
|||
1. |
Nursu kənd tam orta məktəbi |
Hərbi rəhbər |
1 |
2. |
Külüs kənd tam orta məktəbi |
Hərbi rəhbər |
1 |
Sədərək rayonu üzrə |
|||
1. |
Heydərabad qəsəbə tam orta məktəbi |
Hərbi rəhbər |
1 |